SİYASƏT


Fərid Şəfiyev: Şuşa konfransının gündəliyindəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakıdır

Şuşa, 3 iyul, AZƏRTAC

Gündəlikdəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.

Bu toplantının növbədənkənar konfrans olduğunu diqqətə çatdıran F.Şəfiyev deyib: “Bizim Özbəkistanda keçiriləcək növbəti konfransımızda TDT-nin zirvə görüşü də təşkil ediləcək".

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərindən danışan BMTM-nin İdarə Heyətinin sədri bu yaxınlarda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirildiyini qeyd edib və görüşün yekununda birgə Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.