SİYASƏT


Bulat Auelbaev: Azərbaycan Zəfəri ilə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırdı

Şuşa, 3 iyul, AZƏRTAC

İlk dəfədir Şuşada oluram və bu şəhərin timsalında özüm üçün bir yenilik kəşf etdim. Şuşa tarixi şəhər olmaqla bərabər möcüzəli məkandır və ona heyran qalmamaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında iştirak edən Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi Bulat Auelbaev jurnalistlərə müsahibəsində söyləyib.

O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyaya nümunə göstərdi. Təkcə elə Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Düşmən üzərində Qələbə Azərbaycan xalqının ruhunu özünə qaytardı, yenidən qol-qanad verdi. Gəncləriniz Vətənə çox bağlıdırlar.

Bulat Auelbaevin sözlərinə görə, Azərbaycan Zəfəri ilə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırdı. Azərbaycan lokomotiv rolunda çıxış edir.

"Qazaxıstan bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hazırda işğaldan azad edilmiş ərazilərdə yüksək sürətli bərpa və quruculuq işləri aparılır. Bu, bizi çox sevindirir", - deyə qazaxıstanlı qonaq bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.