Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin II konfransı keçirilir VIDEO

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin II konfransı keçirilir VIDEO

Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin II konfransı işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, dünyanın 50-dən çox İslam ölkəsinin əmək nazirlərinin iştirak etdikləri konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması və bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsidir.

Açılışda Qurani-Kərimdən ayələr oxunmuşdur.

İƏT-in əmək nazirlərinin I konfransına sədrlik etmiş Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej Əl Hoqubani bildirmişdir ki, əmək nazirlərinin birinci konfransından sonra İslam ölkələrində əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması, iş təminatı, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Sağlam və təhlükəsizlik əmək mühitinin yaradılması əsas mübarizə üsuluna, sosial və iqtisadi inkişaf başlıca amilə çevrilməlidir. Kənd yerlərində insan kapitalından səmərəli istifadə edilməlidir.

Moffarej Əl Hoqubani konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir.

İkinci konfransın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, İslam həmrəyliyi şəraitində bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsi ölkələrimizdə dayanıqlı sosial-iqtisadi inkişafa mane olan problemlərin həllində əhəmiyyətli rol oynaya bilər. Bunun üçün ən başlıcası, qarşılıqlı etimad mühiti və siyasi iradə mövcuddur. Bu mənada 2011-ci ilin İstanbul görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin daha güclü əsaslar üzərində davam etdirilməsi və konkret əməkdaşlıq sahələrinin müəyyən edilməsi baxımından Bakıda növbəti iclasın və konfransın keçirilməsi mühüm rol oynayır.

F.Ələkbərov vurğulamışdır ki, xüsusən son illərdə qlobal iqtisadi böhranın İslam ölkələri iqtisadiyyatına, o cümlədən onların əmək və məşğulluq mühitinə mənfi təsirlər göstərdiyi bir şəraitdə bu təsirlərin aradan qaldırılması məqsədilə vahid əməkdaşlıq şəbəkəsinin qurulması düzgün və məqsədyönlü bir addımdır. Bu əməkdaşlıq şəbəkəsi təşkilata üzv dövlətlərdə işsizliyin azaldılması, işçi qüvvəsinin məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, əməyin mühafizəsinin gücləndirilməsi yolu ilə əmək bazarının təkmilləşdirilməsi üçün qabaqcıl və ya uğursuz təcrübələrin diqqətlə təhlil edilməsinə və sosial-iqtisadi sabitliyə yönələn konkret istiqamətlərdə birgə səylərin göstərilməsinə şərait yaradacaqdır.

F.Ələkbərov diqqətə çatdırmışdır ki, İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasi kursunun mühüm tərkib hissəsi olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının daim yekdil və birmənalı mövqe nümayiş etdirməsi bu təşkilatın dünyada ədalətin bərqərar olunması yönündə davamlı səylər göstərdiyini təsdiq edir.

Nazir bildirmişdir ki, milli iqtisadiyyatın son doqquz ildə 3 dəfədən çox artdığı Azərbaycanda çoxşaxəli və ahəngdar, eyni zamanda, regional inkişaf siyasəti qeyri-neft sektorunun dinamik şəkildə artaraq ümumi daxili məhsulda 52,7 faizə çatmasına səbəb olmuşdur. Ölkədə dayanıqlı iqtisadi inkişaf təbii olaraq əhalinin məşğulluq imkanlarının genişlənməsinə şərait yaratmışdır. Qeyd olunan dövrdə 1 milyon 200 mindən çox yeni iş yerinin yaradılması, fəal məşğulluq tədbirləri əmək bazarında stabil vəziyyətin yaranması və işsizliyin 5,2 faizədək azalması ilə nəticələnmişdir. Sosial firavanlığa yol açan bu proseslər nəticəsində ölkədə yoxsulluq 6 faizədək azalmışdır.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bildirmişdir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə birlikdə neft və təhsil sahələrində, müxtəlif tədris və təlim proqramlarında fəal iştirak edir. Bunun nəticəsində Azərbaycan inkişaf agentliklərinin reytinqlərində çox yüksək səviyyələrə çıxmışdır.

E.İhsanoğlu vurğulamışdır ki, təşkilatın istəyi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək və dünyada müşahidə olunan iqtisadi-maliyyə böhranını üzv ölkələrdə hiss olunmayacaq səviyyəyə çatdırmaqdır. İslam ölkələrində sosial sahənin yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin analoqu yoxdur.

E.İhsanoğlu diqqətə çatdırmışdır ki, İƏT üzv ölkələrin əsas istiqamətlərindən biri əmək məhsuldarlığının artırılması, yeni iş yerlərinin açılması üçün münbit şəraitin yaradılması və sosial-iqtisadi inkişafın daha da gücləndirilməsidir.

İƏT-in baş katibi qeyd etmişdir ki, İƏT-ə üzv ölkələrin əmək nazirlərinin üçüncü konfransı 2015-ci ildə İndoneziyada keçiriləcəkdir. Əlimizdən gələni edəcəyik ki, Bakıda qəbul edilən qərarları və qətnamələri yüksək səviyyədə icra edək.

Daha sonra konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

İşçi sessiyalarla davam etdirilən konfransda İslam ölkələrində əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması və s. məsələlər müzakirə edilmişdir.

İki gün davam edəcək konfransın yekunu olaraq əmək nazirləri tərəfindən “Bakı Çərçivə Sənədi”, eyni zamanda, qətnamə və Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Bu sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda, bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

 

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin II konfransı keçirilir VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb