İDMAN
“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib
Bakı, 4 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu müdafiəçi transferini həyata keçirib. Gürcüstanlı futbolçu Solomon Kvirkveliya ilə iki il müddətinə müqavilə imzalanıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək. Futbolçu Rusiyanın “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” klublarında çıxış edib.
S.Kvirkveliya Rusiya çempionatının, kubokunun və Superkubokunun qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014-cü və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]