Xocavənd rayonunun Ataqut kəndi VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Xocavəndin Ataqut kəndi Qarabağ dağ silsiləsinin ətəyində, Tuğ inzibati ərazi vahidində, rayon mərkəzindən 55 kilometr cənub-qərbdə, Ataqutçay sahilində yerləşir.
Əhalisi heyvandarlıq, taxılçılıq, bağçılıq, bostançılıq və üzümçülüklə məşğul olurdu.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi.
2020-ci il noyabrın 7-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.