Çində kommersiya xidmətləri göstərəcək kosmodrom inşa edilir VİDEO
Pekin, 7 iyul, AZƏRTAC
Çində kommersiya prinsipləri əsasında işləyəcək ilk kosmodromun inşasına start verilib.
AZƏRTAC xəbər verir ki, Çinin cənubundakı Haynan adasının Venşan şəhərində inşa edilən kosmodrom dünyasəviyyəli və bazaryönümlü buraxılış məntəqəsi kimi fəaliyyət göstərəcək. Kosmodrom layihəsi Haynan hökumətinin və dövlətəsaslı 3 qurumun birgə layihəsidir.
Haynan adasında hazırda istifadə olunan kosmodrom Çindəki digər 3 oxşar obyekt kimi mərkəzi hökumətin idarəçiliyi altında ölkənin kosmos proqramı üçün istifadə olunur. Yeni inşa edilən kosmodrom isə özəl sektorun kosmos fəaliyyətlərinin reallaşmasına xidmət edəcək.
Qeyd edək ki, Venşan şəhərinin coğrafi mövqeyi raketlərin buraxılış məntəqəsi üçün əlverişli hesab olunur. Azad ticarət zonasında yerləşən kommersiya kosmodromu 12 kvadratkilometr sahəni əhatə edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin