REGİONLAR
Kəlbəcər rayonunun Susuzluq kəndi VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Kəlbəcər rayonunun Susuzluq kəndi Susuzluq dağının ətəyində yerləşir.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində məğlub olan Ermənistan həmin il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu müqaviləyə əsasən Ermənistan hərbçiləri noyabrın 25-də Kəlbəcər rayonunu, o cümlədən Susuzluq kəndini tərk edərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.
Xatırladaq ki, 2021-ci il iyunun 4-də ermənilərin kənd yaxınlığında basdırdıqları minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.