Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli xanım Prezident.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən Avropa Komissiyasının xanım Prezidentini və Avropa İttifaqının nümayəndə heyətini Azərbaycanda salamlamaq istərdim. Bu gün bizim geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirəmiz baş tutdu. Biz bu gün gündəliyimizdə dayanan bütün məsələləri əhatə etdik. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi oldu. Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.

Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir.

Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Xanım Prezident, bizimlə olduğunuza görə bir daha təşəkkür edirik və Sizə Bakıda xoş səfər arzulayıram.

x x x

Sonra Avropa Komissiyasının Prezidenti bəyanatla çıxış edib.

Xanım Prezident Ursula Fon der Lyayenin
bəyanatı

- Burada, Bakıda çox səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir.

Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.

Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Cənab Prezident, Siz artıq bununla bağlı fikirlərinizi bildirdiniz. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur. Cənab Prezident, bunu Sizinlə də müzakirə etdik - mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var.

Prezident Əliyev və mən enerjidən əlavə, əlaqələrimizin və əməkdaşlığımızın bütün aspektlərini müzakirə etdik. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının sabah Brüsseldə iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir. Bu, bizim üçün Sizin də qeyd etdiyiniz bağlılıq mövzusu baxımından da olduqca vacibdir. Biz bunu da müzakirə etdik. Bu mənada xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.

Bu, bizim qlobal qapı strategiyamızın başlıca missiyasıdır və həmçinin Şərq Tərəfdaşlığının mahiyyətidir. Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır. Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm imkanlarına böyük təkan verəcəkdir.

Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir. Məsələn, biz bu ölkədə minalardan təmizləmə sahəsində ən böyük donoruq. Biz bu vacib mövzunu da müzakirə etdik. Biz bu məqsəd üçün 4.25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik.

Cənab Prezident, ümumiyyətlə, Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək. Bir daha bizi burada qəbul etdiyinizə və birgə Anlaşma Memorandumunun imzalanmasına görə təşəkkür edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Avropa Parlamentinin deputatı Fransanın daxili işlər nazirini məhkəməyə verib

Tarixçi: Biz tam hüquqla Qafqaz Albaniyasının həqiqi varisləri olduğumuzu deyə bilərik

Müxtəlif nəsillərin maliyyə davranışı və dəyərləri – MÜSAHİBƏ

ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb

“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

Sabahın hava proqnozu açıqlanıb

Qafar Cəbiyev: Qəbələdə saray tipli ictimai binanın qalıqları tədqiq edilir

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb

BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb

"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açılıb

Qafar Cəbiyev: Qəbələdə 15 mindən çox maddi-mədəniyyət nümunəsi aşkar edilib

SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

İspaniya yığmasında ciddi itki: Millətlər Liqasının oyunlarını buraxacaq

Fransada hökumətə xəbərdarlıq: İctimai narazılığı nəzərə almasalar, qış çətin keçəcək

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır VİDEO

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır VİDEO

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

Günəbaxan yağa necə çevrilir? VİDEO

Günəbaxan yağa necə çevrilir? VİDEO

Media nümayəndələri Qubadlı şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

Fransanın dövlət borcu rekord həddə çata bilər

Ailədən gələn peşə sevgisi: Britaniyada baş geofizik olan azərbaycanlı mütəxəssislə MÜSAHİBƏ

Suriyanın Hələb şəhəri yaxınlığında hərbi sursat anbarında partlayışlar baş verib

UNEC rektoru ali təhsilin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüb

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Dillər Universitetinin Konfutsi İnstitutunda yeni tədris ili

TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır - ŞƏRH

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub

Azərbaycanlı cüdo hakimi Bakıdakı dünya çempionatında ədaləti qoruyacaq

Xudavəng və Gəncəsər monastırları Albaniya tarixinin mühüm yadigarlarıdır

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

"Qarabağ” qadın liqalarında iki yaş kateqoriyası üzrə təmsil olunacaq

Qadınlar Super Liqasında yeni mövsümün reqlamenti açıqlanıb

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

Avstraliya əhalinin qocalma və doğum səviyyəsinin azalması ilə bağlı təhlükələr barədə xəbərdarlıq edir

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

Fərhad Məmmədov: Radikal ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışırlar

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

Qivami Rəhimli: 20 Sentyabr - Enerji gücündən dövlət suverenliyinə uzanan yol

DİA ilə Özbəkistan Dövlət Siyasəti və İdarəçilik Akademiyası arasında anlaşma memorandumu imzalanıb

“Şamaxinka”da dayanacaq məntəqəsi 3 hissəyə ayrılır, bəzi marşrutlar həmin ərazidən çıxarılır VİDEO

“Şamaxinka”da dayanacaq məntəqəsi 3 hissəyə ayrılır, bəzi marşrutlar həmin ərazidən çıxarılır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların yekun siyahısı açıqlanıb

Rizvan Hüseynov: Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb

AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq VİDEO

AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq VİDEO

Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq

Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

Qafqaz Albaniyası: siyasi və elmi şüurun aktual mövzusu

Azərbaycanda ilk dəfə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qadınlar Super Liqasında yeni mövsümün püşkü atılıb

Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb

Tarix elmləri doktoru: Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır

Vitse-prezident: SOCAR aparıcı şirkətlər və institutlarla bilik transferi ekosistemi qurur

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir - MÜSAHİBƏ

“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib

Premyer Liqa: Ötən tur “Neftçi”, “Sabah” və “Kəpəz” üçün yubileylərlə əlamətdar olub

“Sumqayıt” iki amerikalı basketbolçu transfer edib

İcraçı direktor: Biz təşkilatlara mürəkkəb strateji çağırışları həll etməyə kömək edirik

Fərid Şəfiyev: Qafqaz Albaniyası irsinin araşdırılması siyasi və elmi əhəmiyyət daşıyan məsələdir

Cəlal Qasımov: “AZEMBA” proqramı Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirəcək

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub VİDEO

Azərbaycanın şahmat yığmaları Olimpiadada növbəti görüşlərinə çıxırlar

Rəşad Eyubov: Göstərmək istəyirik ki, gənclər artıq böyük futbolun tələblərinə hazırdırlar - MÜSAHİBƏ

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilir

Tovuzda evlərdən oğurluq edən şəxs saxlanılıb

FHN: Ötən həftə ərzində 442 yanğına çıxış olub, 11 nəfərin meyiti təhvil verilib

“Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb

Bu gün Beynəlxalq Sülh Günüdür

Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək