Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Respublikasının nümayəndə heyəti Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı illik Toplantısında iştirak etmişdir VIDEO

Dehli, 6 may (AZƏRTAC). Mayın 2-dən 5-dək Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı illik toplantısı keçirilmişdir. “İnkişafa təkan verək” devizi altında keçirilən illik toplantıda inkişaf etməkdə olan Asiya regionunun hərtərəfli və yüksək tərəqqisinə nail olmaq yolları müzakirə edilmişdir.

Azərbaycanı toplantıda maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

Mayın 4-də illik toplantının rəsmi açılış mərasimində Hindistan Respublikasının Baş naziri Manmohan Sinqh və AİB-in yeni prezidenti Takehiko Nakao çıxış etmişdir.

Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlərə toxunan natiqlər, davamlı iqtisadi inkişaf, sosial məsələlərin həlli, yoxsulluğun aradan qaldırılması istiqamətində atılan addımlardan bəhs etmişlər. Qeyd olunmuşdur ki, son bir neçə onilliklər ərzində nəzərəçarpan tərəqqiyə nail olunsa da, bütövlükdə Asiya ölkələrində hələ də həlli vacib bir sıra məsələlər vardır. Region ölkələrində ümumilikdə mütləq yoxsulluq içində milyonlarla çox insan yaşayır.

İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, inkişaf etməkdə ölkələrə dəstək, gender bərabərliyi, regional inteqrasiya kimi mövzulara da toxunan Takehiko Nakaoregion ölkələrində hərtərəfli tərəqqi və artımın təmini üçün vacib olan özəl sektorun inkişafı, ekologiya, əməkdaşlıq və inteqrasiyanın AİB-in 2020-ci il üçün Strategiyasının əsas çağırışı olduğunu vurğulamışdır. AİB prezidenti kimi hədəflərini də açıqlayan T.Nakao bildirmişdir ki, fəaliyyəti boyunca xüsusilə qlobal iqtisadi məsələlərə diqqət artırılacaq və region ölkələrinin tərəqqisinə Bankın verdiyi töhfələr davam edəcəkdir.

Bankın Rəhbərlər Şurası AİB-in 2012-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2013-ci il üçün büdcənin təsdiqi, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırılması ilə və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul etmişdir.

Bankın 67 üzv ölkəsini təmsil edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bank tərəfindən 2012-ci ildə görülən işləri yüksək qiymətləndirərək, inkişaf etməkdə olan ölkələrə bundan sonra da kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulamışlar.

İllik Toplantı çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirmişdir. AİB-in prezidenti Takehiko Nakao, bankın vitse-prezidenti Siaoyu Jao, Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauser ilə keçirilən görüşlərdə AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Tərəflər Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamış, mövcud kredit portfelinin qiymətləndirilməsi, ölkəmizin Bank ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələri barədə müzakirə aparmışlar. Eyni zamanda, görüşdə AİB-in Rəhbərlər Şurasının 2015-ci ilin mayında Bakı şəhərində keçiriləcək 48-ci illik iclası ilə bağlı təşkilati məsələlər barədə fikir mübadiləsi aparılmışdır. AİB rəsmiləri Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək, Azərbaycanın AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübuta yetirəcəyinə əminliklərini ifadə etmişlər.

S.Şərifov Azərbaycan hökumətinin AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkili üçün müvafiq işlər gördüyünü diqqətə çatdırmışdır. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirən nazir demişdir ki, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Bundan başqa, nazir S.Şərifov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə strategiya və əməliyyatlar direktoru Laura Tak, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran, Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə işgüzar görüşlər keçirmişdir.

Görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə, birgə layihələrin həyata keçirilməsi imkanlarına, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Dehli

Azərbaycan Respublikasının nümayəndə heyəti Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı illik Toplantısında iştirak etmişdir VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq