Gürcüstanda baş vermiş helikopter qəzası nəticəsində səkkiz nəfər həlak olub VİDEO
Tbilisi, 29 iyul, AZƏRTAC
Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində səkkiz nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, həlak olanların 4-ü ekipaj üzvü, 2-si xilasedici, 2-si isə tibb işçisidir.
Hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub, lazımi tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə Qudauri bölgəsində qəzaya uğramış paraplançıların xilas edilməsi əməliyyatı zamanı baş verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi