DÜNYA


Monteneqroda silahlı şəxsin ailə üzvlərinə və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfər ölüb VİDEO

Podqoritsa, 13 avqust, AZƏRTAC

Monteneqronun Çetinye şəhərində silahlı şəxs ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açıb.

AZƏRTAC xəbər verir ki, Çetinye Polisi hadisəni törədən şəxsin 34 yaşı olduğunu, faciə zamanı uşaqlar və polis əməkdaşları da olmaqla çox sayda insana atəş açdığını bildirib. Hadisə nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı, hücum edənin isə polislə qarşıdurmada zamanı öldürüldüyü açıqlanıb.

Yerli mətbuat ailə münaqişəsi zəminində baş verən hadisə zamanı həmin şəxsin əvvəlcə öz ailə üzvlərinə, daha sonra isə polis əməkdaşlarına və yoldan keçənlərə atəş açdığını yazıb.

Monteneqronun Baş naziri Dritan Abazoviç hadisə ilə bağlı deyib: “Bütün Monteneqro vətəndaşlarını günahsız qurbanların ailələri, qohumları, dostları və Çetinye vətəndaşlarının yanında olmağa çağırıram. Monteneqro daha əvvəl belə bir faciə görməyib”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.