Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin ordusu Tayvan adası ətrafında növbəti təlimlərə başlayıb VİDEO

Çin ordusu Tayvan adası ətrafında növbəti təlimlərə başlayıb VİDEO

Pekin, 15 avqust, AZƏRTAC

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) şərq komandanlığı tərəfindən Tayvan adası ətrafında suda və havada birgə döyüş təlimlərinə başlanıldığı elan olunub.

AZƏRTAC xəbər verir ki, təlimlər senator Ed Markey başda olmaqla ABŞ Konqresinin nümayəndə heyətinin Tayvan adasına səfəri ilə eyni vaxta təsadüf edir. Çin Müdafiə Nazirliyinin rəsmisi U Çien bildirib ki, ABŞ Konqresi nümayəndə heyətinin səfəri rəsmi Vaşinqtonun Tayvan boğazında sülhün pozucusu və sabotajçısı olduğunu göstərib.

“Tayvan Çinin Tayvanıdır və Tayvan məsələsinə xarici müdaxiləyə icazə verilmir. Biz ABŞ-ın və Tayvanın Demokratik Tərəqqi Partiyasını xəbərdar edirik ki, Çinin qarşısını almaqdan ötrü Tayvan məsələsindən istifadə uğursuzluğa düçar olacaq. “Tayvanın müstəqilliyi” üçün ABŞ-a bel bağlamaq isə özünüməhvdir”, - deyə Çin Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

U Çien Çin ordusunun təlimlərini, habelə müharibə, “Tayvanın müstəqilliyi” və xarici müdaxilə cəhdlərinə qarşı durmaqdan ötrü hazırlığını davam etdirəcəyini vurğulayıb.

Çin ordusunun şərq komandanlığının rəsmisi Şi İ isə Çin ordusunun ölkənin milli suverenliyini, Tayvan boğazında sülhün və sabitliyinin təminatı üçün bütün lazımi tədbirləri görəcəyini deyib.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də Tayvan adasına səfərindən bir neçə dəqiqə sonra ÇXAO Tayvan adası ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayacağını açıqlamışdı.

Təlimlərə adanın şimal, cənub-qərb və cənub-şərqində dənizdə və havada müxtəlif döyüş və atəş tapşırıqları, uzunməsafəli real atışlar, o cümlədən raket atışları sınaqları daxil olub. Çin ordusunun bölmələri Tayvan adasının ətrafında suda və havada şərti hədəflərə uzaqməsafəli artilleriya, adi döyüş başlıqlı ballistik raket zərbələri, habelə aviasiya zərbələri endirib. Çin ilk dəfə idi ki, Tayvan ətrafında bu cür irimiqyaslı hərbi təlimlər keçirib. Bundan başqa, ilk dəfə olaraq Çin raketləri Tayvan üzərindən uçub. Tayvan tərəfi Çin hərbi gəmilərinin və təyyarələrinin adanın məxsusi hava və su məkanına daxil olması barədə məlumat yayıb.

ABŞ Konqresi nümayəndə heyətinin avqustun 14-15-də reallaşan Tayvan səfəri də Çinin sərt etirazına səbəb olub. Çinin Vaşinqtondakı səfirliyi açıqlama yayaraq, Birləşmiş Ştatlar ilə Tayvan arasında istənilən rəsmi təmasa Pekinin etirazını bildirib. Çin tərəfi ABŞ-ın bu cür təxribatçı addımlarına lazımi cavab veriləcəyini açıqlayıb.

ÇXAO-nun şərq komandanlığının Tayvan adası ətrafındakı növbəti təlimləri də Pekinin cavab tədbiridir. Tayvan səlahiyyətli qurumları isə avqustun 14-də Çinin 22 hərbi təyyarəsinin adanın hava məkanının tanınma zonasına daxil olduğunu, 10 təyyarənin isə 1955-ci il razılaşmasına əsasən Çinin materik hissəsi ilə Tayvan boğazı arasındakı müəyyən edilmiş şərti orta xətti keçdiyini açıqlayıb. Tayvan tərəfi cavab olaraq hava hücumundan müdafiə sistemini hazır vəziyyətə gətirib, hərbi hava qüvvələri isə patrul uçuşlarına başlayıb.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Koumintan partiyası isə Tayvan adasına köçərək, “Çin Respublikası”nın mövcudluğunun adada davam etdiyini bəyan edib. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Çin ordusu Tayvan adası ətrafında növbəti təlimlərə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Formula 2 yarışının sıralama turuna start verilib

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıblar

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO