CƏMİYYƏT


BMqT-nin Azərbaycan nümayəndəliyi fandreyzinq üzrə üç günlük təlim təşkil edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi insan alveri ilə mübarizə sahəsində çalışan yerli QHT-lərin bacarıqlarının artırılması səylərini dəstəkləməyə davam edir.

Təşkilatın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar nümayəndəlik ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində fandreyzinq bacarıqları üzrə təlimçilər qrupunun yaradılması məqsədi ilə QHT nümayəndələri üçün üç günlük təlimçi təlimi təşkil edib.

Təlimin açılış mərasimində çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev insan alverinə qarşı mübarizə sahəsində çalışan yerli QHT nümayəndələrinə layihələrin davamlılığını artırmaq və maliyyə resurslarını şaxələndirmək imkanı verən fandreyzinq üzrə təlimin əhəmiyyətini vurğulayıb.

USAİD-in Azərbaycan üzrə nümayəndəliyinin təmsil edən Pərviz Musayev USAID-in insan alverinə qarşı mübarizə aparan QHT-lərin davamlılığına xüsusi önəm verdiyini və bu baxımdan BMqT-nin Azərbaycan nümayəndəliyinin təşkil etdiyi təlimin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Üç günlük təlimdə bir sıra ictimai birliklərin, Quba Regional QHT Resurs və Təlim Mərkəzinin nümayəndələri insan alverinə qarşı mübarizə sahəsində çalışan öz qurumları və digər QHT-lərin imkanlarını artırmağa imkan verən bacarıq və biliklərlə yiyələnmək, ümumi fandreyzinq prinsiplərinə, qrantların layihələrin hazırlanmasına, büdcələşdirməyə, sosial media marketinqinə, eləcə də donor tədqiqatlarına, təbliğat və özəl donor vəsaitlərinin toplanmasına diqqət yetirməklə davamlı fandreyzinq strategiyaları hazırlamaq bacarıqlarınına əldə etmək imkanı qazanıblar.

BMqT tərəfindən icra edilən layihə Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.