22 DEKABR
![]() |
1911-ci il. Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyevin doğum günüdür (1911-1998). Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar Jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaradıb. Nəsir İmanquliyev “Bakı” və “Baku” qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub. |
![]() |
1942-ci il. Görkəmli sərkərdə Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sovet Ordusunda 55-ci tank briqadasının komandiri olan polkovnik Həzi Aslanov bu ada Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1944-cü ildə general-mayor Həzi Aslanov ikinci dəfə yüksək ada təqdim edilsə də, tarixi ədalət uzun illər sonra, 1991-ci ildə öz yerini tapıb. |
![]() |
1918-ci il. Sovet İttifaqı Qəhrəmanı, partizan və kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günüdür (1918-1944). Əfsanəvi Mixaylo adı ilə tanınan Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və əməliyyatlarını yerinə yetirib. |
![]() |
1919-cu il. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N.Yusifbəylinin baş nazirliyi ilə təşkil olunmuşdu. |
![]() |
1920-ci il. Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəylinin doğum günüdür (1920-1980). O, “Uzaq sahillərdə” (İmran Qasımovla birlikdə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir. Həsən Seyidbəyli Azərbaycan kinosunda rejissor kimi də yadda qalıb, bir neçə filmə quruluş verib. |
![]() |
2009-cu il. Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılışı olub. Hazırda Sumqayıt texnoparkında 17 zavod və 25-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]





