CƏMİYYƏT


“Davam” Gənclər Hərəkatı beynəlxalq sosial media kampaniyasına hazırlaşır

Bakı, 3 oktyabr, AZƏRTAC

“Davam” Gənclər Hərəkatı tərəfindən start verilən “İnfomüharibə ayı” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihənin icrasına başlanılıb.

“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış etməkdir.

Layihə çərçivəsində fərqli 30 nəfərdən ibarət iştirakçı qrupları ilə artıq 5 təlim baş tutub. Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında keçirilən təlimlər zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə tviter üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.