DÜNYA
Kiyevə raket hücumu nəticəsində 10-a yaxın insan həlak olub VİDEO
Kiyev, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə 10-a yaxın raket atılıb. Bu raketlərdən biri şəhərin mərkəzində “Kliçko körpüsü” adlandırılan piyada körpüsüdür. Körpü tamamilə dağılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ilkin məlumata görə, nəticədə 10-a yaxın insan həlak olub, onlarla şəxs yaralanıb, infrastruktura ciddi ziyan dəyib.
Həmçinin Dnepr, Jitomir, Lvov və digər iri şəhərlər də raket hücumuna məruz qalıb.
Qeyd edək ki, bu hücum müharibənin başladığı dövrdən Kiyevə ən genişmiqyaslı raket hücumudur. Bu günədək Kiyevə eyni anda bu qədər raket atılmamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]