DÜNYA
Türkiyədə dünyanın ən nəhəng üzən balıq zavodu tikilib VİDEO
Ankara, 13 oktyabr, AZƏRTAC
Dünyanın ən nəhəng balıqçı gəmisi, üzən zavod Türkiyədə inşa edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Yalovada adıçəkilən gəminin inşa edildiyi “Tərsan” tərsanəsində olub.
Yeni gəminin gündəlik 450 ton balığı emal etmək imkanında olduğunu xatırladan nazir Mustafa Varank bildirib ki, müasir avadanlıqlar sayəsində dörd saat ərzində istehsal edilən balıq dondurularaq göyərtədən sahilə çatdırılacaq. Gəmi və onun üstündə qurulan avadanlıqların imkanları Türkiyənin son illər texnologiyalar sahəsində qazandığı nailiyyətlərin göstəricisidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]