Xarici QHT nümayəndələri Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqda olublar VİDEO

Xocavənd, 15 oktyabr, Həşim Güləmirov, AZƏRTAC
Oktyabrın 15-də xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığı ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Çexiya, Polşa, Finlandiya, Türkiyə, Estoniya, Serbiya və Rumıniyadan olan səfər iştirakçıları Ermənistan silahlı qüvvələrinin törətdikləri müharibə cinayətlərinin şahidi olublar.
Bildirilib ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Aşkarlanmış məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Diqqətə çatdırıb ki, əşyalarla birlikdə aşkarlanan skeletlərin əllərinin, ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi naməlum olan azərbaycanlılara məxsusdur.
Qeyd edilib ki, geyim və əşyalarından həmin şəxslərin hərbçi olduqları reallığı azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [18:56]
İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub
- 29.04.2025 [17:11]
Naxçıvanda Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
- 29.04.2025 [16:03]
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
- 29.04.2025 [16:01]
Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə beynəlxalq festivalda
- 29.04.2025 [15:32]
“Göygölün kiçik bacısı” Xanbulandan REPORTAJ VİDEO
- 29.04.2025 [15:22]