Kiyevə hücum zamanı kamikadze dronlardan biri dəmir yolu vağzalının qarşısındakı əraziyə düşüb VİDEO
Kiyev, 17 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, oktyabrın 17-si səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə kamikadze dronlar vasitəsilə hücum olub.
AZƏRTAC xəbər verir ki, hücum zamanı kamikadze dronlardan biri dəmir yolu vağzalının qarşısındakı əraziyə düşüb.
Hazırda dağıntıların olduğu ərazidə xilasetmə işləri davam etdirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev