Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Zəngilan, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər.

Ağalı kənd məktəbində təhsil alan şagirdləri salamlayan Prezident İlham Əliyev dedi:

-Uşaqlar, gedək məktəbi göstərin mənə, gəlin, gedək.

Mehriban xanım Əliyeva: Dayanıblar, bəlkə, əvvəl şəkil çəkdirək?

Prezident İlham Əliyev: Şəkil çəkdirək, elə məktəbin önündə.

Mehriban xanım Əliyeva: Gəlin, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Gedək, göstərin məktəbinizi, baxaq uşaqlar burada necə oxuyurlar? Sinif otaqlarına baxaq. Sən neçənci sinifdə oxuyursan?

1-ci şagird: Altıncı sinifdə.

Prezident İlham Əliyev: Bundan əvvəl harada oxuyurdun?

Şagird: Sumqayıtda 30 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: Sumqayıtda. Bəs sən?

2-ci şagird: Mən də Sumqayıtda.

Prezident İlham Əliyev: Sən də Sumqayıtda. Bəs sən?

3-cü şagird: Mən də Sumqayıtda 15 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: Sumqayıtda.

4-cü şagird: Mən Mərdəkanda 181 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: İndi necə? Ağalı kəndi xoşunuza gəlir?

Məktəblilər: Bəli.

Prezident İlham Əliyev: Çox gözəl. Uşaqlar həvəslə oxuyurlar?

Qadın müəllim: Əlbəttə, çox böyük həvəslə. Ümumiyyətlə, məktəbə gəldikləri vaxt buranı gördükdə inanın ki, o qədər çox gözəl hisslər yarandı. Sevinirdilər ki, çox gözəl məktəbdə təhsil alacaqlar.

Prezident İlham Əliyev: Uşaqlar gəliblər öz dədə-baba torpağına. İndi görürsünüz, necə də gözəldir sizin doğma torpağınız, Vətəniniz, Ağalı kəndi.

Mehriban xanım Əliyeva: Soruşuram, Sumqayıtdan daha gözəldir, deyir, bəli.

Prezident İlham Əliyev: Sumqayıt da gözəl şəhərdir, böyük şəhərdir. Amma buranın, əlbəttə ki, xüsusi gözəlliyi var, təbiət, hava, iqlim.

Şagird: Bura Sumqayıtdan daha yaxşıdır. Buranın havası daha qəşəngdir.

Prezident İlham Əliyev: Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər.

Şagirdlər: İnşallah.

Prezident İlham Əliyev: Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə gərək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökərək qayıtmışıq. Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax, siz və sizin kimi yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın. Sabah Zəngilanın, Zəngilan şəhərinin azad olunmasının ikinci ildönümüdür. Zaman tez keçir, ancaq artıq böyük quruculuq işləri görülür. Sizin əsas vəzifəniz oxumaqdır, valideynlərin, müəllimlərin sözünə baxmaqdır və gələcəkdə yaxşı vətəndaş olmaqdır.

Mehriban xanım Əliyeva: Dərslərdən sonra nə edirsiniz? Burada hava yaxşıdır, yəqin bayırda oynayırsınız, görüşürsünüz. Orada - Sumqayıtdakı məktəbdə qalan dostlarınızla yəqin ki, ünsiyyətiniz var, danışırsınız. Onları da dəvət etmək olar, hərdənbir gəlsinlər, sizə dəysinlər. Burada işlər gedir. Haradadır sizin evləriniz? Buradan görünür sizin evlər?

Şagird: Bəli, bizim ev görünür, ikimərtəbəlidir.

Mehriban xanım Əliyeva: Oradakı ikimərtəbəli?

Şagird: Bəli.

Prezident İlham Əliyev: Darıxmırsınız burada?

Şagirdlər: Xeyr.

Mehriban xanım Əliyeva: Gözəl qızlar.

Məktəbli qız: Siz daha gözəlsiniz. Hələ də inanmıram mən Sizinlə görüşürəm, həyəcanlandım.

Mehriban xanım Əliyeva: Azərbaycanın işğaldan azad olunmuş belə bir gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də çox böyük arzum idi.

Məktəbli qız: Deyə bilərəm ki, qalereyamdakı fotoların çoxu Sizin şəklinizdir.

Mehriban xanım Əliyeva: Eləmi? Şəkil çəkirsən?

Məktəbli qız: Xeyr, ümumiyyətlə, hərdənbir.

Mehriban xanım Əliyeva: Baxırsan?

Məktəbli qız: Bəli.

Mehriban xanım Əliyeva: Çalışacağam tez-tez gəlim sizin yanınıza, İnşallah.

Məktəbli qız: İnşallah.

Prezident İlham Əliyev: Gedək, kəndin mərkəzinə baxaq.

Qadın sakin: Biz Ağalı sakinləri üçün Sizin sayənizdə çox gözəl, möhtəşəm şərait yaradılıb. Çox sağ olun, var olun həmişə.

Prezident İlham Əliyev: Çox yaxşı ki, qayıdıblar və qayıdırlar da. Görürəm, uşaqlar da həvəslə, ürəkdən deyirlər, çox sevinirlər ki, burada yaşayırlar. Buraya gələnlər işlə təmin olunublar?

Qadın sakin: Bəli, hörmətli cənab Prezident. “Kapital Bank”, “ASAN xidmət”.

Prezident İlham Əliyev: İşləyirlər orada?

Qadın sakin: Bəli. Xəstəxana, “Gil MED” fəaliyyət göstərir. Çox gözəldir, möhtəşəmdir.

Prezident İlham Əliyev: Qonaqlar da gəlirlər buraya, xarici nümayəndələr.

Qadın sakin: Xarici qonaqlar da gəlirlər, bəli. Dünyanın ən qabaqcıl ölkələrindən qonaqlarımız olur, çəkilişlər olur. Bu, bizi də sevindirir.

Prezident İlham Əliyev: Bəli, bəli, bilirəm. Onlar da görürlər ki, biz artıq qayıtmışıq.

Qadın sakin: Kəndimiz çox gözəldir, çox sağ olun. Hər bir sakin deyir ki, Allah Prezidentimizin canını sağ eləsin.

Prezident İlham Əliyev: İnşallah, bütün şəhərlər, kəndlər belə olmalıdır.

Qadın sakin: İnşallah, Sizin sayənizdə. Çox sağ olun, hörmətli cənab Prezident.

Prezident İlham Əliyev: Bilirsiniz, birinci layihədir, davamı da gəlir.

Digər qadın sakin: Sizi xoş gördük, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük, necəsiniz?

Qadın sakin: Xoşbəxtəm ki, Sizinlə görüşmək mənə nəsib oldu. 1990-cı ildən mənim üç balam mülki şəhiddir.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Özüm də Zəngilanda müəllim işləmişəm, yoldaşım da. Sizin hamınıza böyük hörmətimiz var.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Allah Ulu Öndərimizə rəhmət eləsin, Sizləri var eləsin. Siz ki, bizə bu şəraiti yaratmısınız, bu gün biz gəlib burada nəfəs alırıq, çox şükür, Ordumuz var olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah Ordumuzu qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Çox şükür ki, Sizi gördük.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin, amin. Sağ olun. Burada yaşayışınız necədir? Şərait necədir? Yaxşıdır?

Qadın sakin: Yaxşıdır, əladır. Düzü mən hələ ev almamışam.

Prezident İlham Əliyev: Eviniz yoxdur hələ?

Qadın sakin: Mənə Sumqayıtda ev veriblər, hələ oradayam. İndi deyirlər ki, sizin növbəniz çatanda verəcəyik.

Prezident İlham Əliyev: Özünüz Ağalıdansınız?

Qadın sakin: Bəli, Ağalıda müəllim işləmişəm.

Prezident İlham Əliyev: Onda sizə mütləq ev verilməlidir.

Qadın sakin: Çox sağ olun, Allah razı olsun. Əksəriyyəti mənim şagirdlərimdir.

Prezident İlham Əliyev: Sizə də hələ verilməyib?

Digər qadın sakin: Bizə verilib, ikimərtəbəli ev verilib.

Prezident İlham Əliyev: Necədir, razısınız?

Qadın sakin: Çox razıyıq. Əla, hər şey yaxşıdır, öz qaydasındadır.

Prezident İlham Əliyev: Çox yaxşı, uşaqlar da razıdırlar. Mən soruşuram, uşaqlar razısınız? Deyirlər, bəli. Sumqayıta qayıtmaq istəmirlər.

Qadın sakin: Ayaqlarım tutulmuşdu, həqiqətən, mən buraya gələndən ayaqlarım bir az açılıb, yeriyə bilirəm. Çox şükür, havası da, suyu da gözəldir.

Prezident İlham Əliyev: Əlbəttə, gözəldir, doğma torpağı, havası, suyu - hər şeyi.

Mehriban xanım Əliyeva: Hər şeyi gözəldir.

Qadın sakin: Siz də hamıdan gözəlsiniz. Allah Sizdən razı olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım salam, necəsiniz? Xoş gəlmisiniz kəndimizə.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Cənab Prezident, Sizinlə görüşmək istəyirəm, olar?

Prezident İlham Əliyev: Salam, nə var, nə yox, necəsən?

Kişi sakin: Sizinlə fəxr edirik, cənab Prezident. Sizin uğurlu siyasətinizlə fəxr edirik. Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Necə yaşayırsınız?

Kişi sakin: Gözəl yaşayırıq. Allah Sizə dəyməsin. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ ol.

Kişi sakin: Ümummilli Liderimiz cənab Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin. Allah Sizə dəyməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol. Sən əvvəl harada yaşayırdın?

Kişi sakin: Mən Ağcabədi rayonunda yaşayırdım, burada işləyirəm.

Prezident İlham Əliyev: Özün bu kənddənsən?

Kişi sakin: Xeyr, Ağcabədi rayonundanam.

Prezident İlham Əliyev: Burada hansı sahədə işləyirsən?

Kişi sakin: Hazırda “Xan çinar”da ofisiant işləyirəm. Sizə təşəkkür edirəm ki, bizə belə günlər yaşadırsınız. Minnətdarıq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı, sağ ol.

Qadın sakin: Salam, xoş gördük, cənab Ali Baş Komandan, Sizə təşəkkür etmək istəyirəm.

Prezident İlham Əliyev: Salam, bəli, sizinlə görüşmüşdük.

Qadın sakin: Keçən görüşümüzdə Sizə söz verdiyim kimi, burada vətəndaşlarımıza hüquqşünas olaraq xidmət göstərirəm. Bəli, hazırda prokurorluğa qəbulun birinci mərhələsini keçmişəm. Növbəti mərhələyə hazırlaşıram. İnşallah, xeyirlisi.

Prezident İlham Əliyev: Çox yaxşı.

Qadınlar: Çox şadıq, çox sağ olun.

Sakin: Olar növbəti şəklimizi çəkim?

Prezident İlham Əliyev: Əlbəttə, bizim şəklimiz var, amma, əlbəttə, olar.

Qadın sakin: Çox sağ olun. Minnətdaram, təşəkkürlər.

Prezident İlham Əliyev: Burada işləyirsiniz, yoxsa yaşayırsınız?

Kişi sakin: Yaşayırıq.

Prezident İlham Əliyev: Yaşayırsınız. Ev veriblər?

Kişi sakin: Bəli, torpaq sahəli.

Prezident İlham Əliyev: Razısınız?

Kişi sakin: Min şükür.

Prezident İlham Əliyev: O vaxt burada yaşayırdınız?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Bəs, sonra harada yaşayırdınız?

Kişi sakin: Bakıda yaşayırdıq.

Prezident İlham Əliyev: Deyəndə ki, Ağalıya gəlmək olar, bunu necə qarşıladınız? Həvəslə?

Kişi sakin: Qanlı göz yaşları ilə çıxmışdıq, sevinc göz yaşları ilə qayıtdıq. Bu günümüzə min şükür.

Prezident İlham Əliyev: Allaha şükür.

Kişi sakin: Allah Sizi həmişə var eləsin.

Sakinlər: Şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, çəkdirək.

Kişi sakin: Şükür Allaha. Allah bu günü bizə qismət elədi, bu günü də gördük.

Prezident İlham Əliyev: Allaha şükür.

Kişi sakin: Allah razı olsun, Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Siz harada yaşayırdınız?

Kişi sakin: Elə bu kənddə.

Prezident İlham Əliyev: Bəs, işğal dövründə harada yaşayırdınız?

Kişi sakin: İşğal dövründə orduda idim, döyüşdə idim. 1996-cı ildə tərxis olub, Bakı şəhərində yaşadım.

Prezident İlham Əliyev: Bakıda yaşadınız.

Kişi sakin: Bəli, Bakıda yaşadım. Şükür Tanrıya, o qədər buranın arzusunda idik, o qədər buranın duasında idik. Allaha min şükür.

Qadın sakin: Həsrətini çəkirdik. Prezidentimizin sayəsində biz torpaqlarımızda çox gözəl şəraitdə yaşayırıq.

Digər qadın sakin: Şükür Sizi verənə.

Kişi sakin: Yatsaq yuxumuza girməzdi, çox gözəl. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız.

Kişi sakin: Biz buranın həsrəti ilə yaşayırdıq.

Prezident İlham Əliyev: Bəli, indi buralar əvvəlkindən də gözəl olub.

Qadın sakin: Çox gözəl olub. Allah Sizdən razı olsun.

Digər qadın sakin: İndi müasir şəraitə də uyğunlaşmışıq, çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bəli, şərait də yaxşıdır. İndi bütün xidmətlər də var.

Qadın sakin: Olar Sizinlə şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, əlbəttə, olar.

Digər qadın sakin: İkinci dəfədir Sizinlə görüşürük. Gözəl Prezidentimizlə fəxr edirik.

Qadın sakin: Mənim oğlum da, yoldaşım da burada xidmət edib.

Prezident İlham Əliyev: Hərbidə olub?

Qadın: On ildir hərbçidir. Cəbrayılda yaralanmışdı. Sizin sayənizdə bizə burada ev veriblər. Çox minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Burada xoşbəxt yaşayın.

Digər qadın: Hörmətli Prezident, icazə verin, mən də Sizinlə şəkil çəkdirim.

Prezident İlham Əliyev: Əlbəttə, buyurun. Sağ olun.

Kişi sakin: Salam. Necəsiniz?

Qadın sakin: Biz Sizi görməyə çox şad olduq.

Prezident İlham Əliyev: Salam, xoş gördük. Nə gözəl baladır. Neçə yaşı var?

Qadın sakin: Onaylıqdır. İlk sakin kimi, xoş gəlmisiniz deyir. Şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, çəkdirək. Gələcək bax, budur.

Digər qadın sakin: Bəli. Sizin sayənizdə. Çox sağ olun, hər şeyə görə təşəkkür edirik. Belə gözəlliklərə, bizim qayğımıza qaldığınıza görə çox sağ olun, cənab Prezident. Bizə bu cür şərait yaratmısınız.

Prezident İlham Əliyev: Bu uşağa böyüyəndə danışarsınız ki, hansı əziyyətdən keçmisiniz.

Digər qadın sakin: Mütləq. O, Sizin şəklinizi böyüdəcək. Bu da mənim övladımdır və biz Sizinlə qürur duyuruq. Çox sağ olun, cənab Prezident, təşəkkür edirik.

Prezident İlham Əliyev: Doğma Vətənində böyüyəcək.

Qadın sakin: Bəli, həqiqətdir.

Prezident İlham Əliyev: Sağ olun.

Digər qadın sakin: Yeni Ağalının təməli qoyulan gündən oğlum burada işləyir.

Prezident İlham Əliyev: İnşaatda işləyib?

Qadın: Bəli.

Prezident İlham Əliyev: Sağ olun. Burada vəziyyət necədir, yaxşıdır?

Kişi sakin: Yaxşıdır, əladır.

Qadın müəllim: Cənab Prezident, olarmı müəllim kollektivi ilə şəkil çəkdirək?

Prezident İlham Əliyev: Əlbəttə, çəkdirək. Müəllimlər də Ağalıdandırlar?

Qadın müəllimlər: Bəli, çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Qadın sakin: Sağ olun, çox yaxşı.

Prezident İlham Əliyev: İşləyirsinizmi?

Qadın sakin: Mən burada işləyirəm.

Prezident İlham Əliyev: Harada, hansı sahədə işləyirsiniz? Kafedə?

Qadın sakin: Bəli, Allah köməyiniz olsun, həmişə var olasınız.

Prezident İlham Əliyev: “Xan çinar”da nə bişirirsiniz? Çox sağ olun, salamat qalın.

Kişi sakin: Çox sağ olun. Allah ömrünüzü uzun eləsin.

Gənc qız: Şəkil çəkdirə bilərəm?

Prezident İlham Əliyev: Əlbəttə.

Qadın: Mən Sizinlə çəkdirdim, bayaqkı qaranlıq düşdü.

Prezident İlham Əliyev: Sən çəkdirdin, gəl, bir də çəkdirərik.

Kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz bizim bu yurda.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Kişi sakin: Hörmətli Prezident, hörmətli Ali Baş Komandan, hörmətli Sərkərdə. Siz Azərbaycan xalqının döyüş tarixini yazdınız. Biz Sizin bu işinizlə fəxr edirik. Hörmətli Prezident, birinci növbədə, Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Vətən müharibəsi əlilləri adından minnətdaram.

Prezident İlham Əliyev: Sizin neçə yaşınız var?

Kişi sakin: Mənim 76 yaşım var.

Prezident İlham Əliyev: Burada, Ağalıda yaşamısınız?

Kişi sakin: Bəli, bu kənddə. Bu kənddə rəhbər vəzifədə işləmişəm.

Prezident İlham Əliyev: Kənddə hansı rəhbər vəzifədə?

Kişi sakin: 1977-ci ildə rəhmətlik Ulu Öndər Heydər Əliyev məni qəbul edib. Burada kolxoz sədri vəzifəsinə təsdiq edib.

Prezident İlham Əliyev: Hə, kolxoz sədri. Sizə deyəndə ki, Ağalıya qayıtmaq olar, həvəslə qayıtmısınız.

Kişi sakin: Həvəslə.

Prezident İlham Əliyev: İndi Ağalı necədir? Yeni Ağalı xoşunuza gəlir?

Kişi sakin: Yeni Ağalı şəhərdir.

Qadın sakin: Çox gözəldir, Sizin sayənizdə.

Kişi sakin: Sizin sayənizdə. Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib.

Prezident İlham Əliyev: Onu özünüz deyərsiniz ona.

Kişi sakin: Tapmıram axı, onu.

Prezident İlham Əliyev: Çox sağ ol.

Kişi sakin: İcazə verin, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, buyurun.

Sakinlər: Çox sağ olun.

Uşaq: Cənab Prezident, olar Sizinlə şəkil çəkdirim?

Prezident İlham Əliyev: Burada 3-4 nəsil ağalılı var. Siz, balaca uşaqlar, gənclər, gəlin, elə hamınız ağsaqqalla bərabər gəlin.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Burada xoşbəxt yaşayın. Allah cansağlığı, uzun ömür versin.

Sakin: Cənab Prezident, olar?

Prezident İlham Əliyev: Əlbəttə, gəl.

Qadın sakin: Salam, həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Salam, çox sağ olun.

Qadın sakin: Allah razı olsun, Allah cansağlığı versin. Çox xahiş edirəm, kollektivimizlə şəkil çəkdirək.

Prezident İlham Əliyev: Yaxşı, siz də gəlin.

Kişi sakin: Çox sağ olun, təşəkkür edirik, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun. Böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən?

Uşaq: Hərbçi.

Prezident İlham Əliyev: Qəhrəman Azərbaycan hərbçisi.

Uşaq: Biz Vətənimizi qorumalıyıq.

Prezident İlham Əliyev: Bəli, düzdür.

Digər uşaq: Mən həkim olmaq istəyirəm.

Prezident İlham Əliyev: Bəs sən?

Məktəbli qız: Hərbçi.

Prezident İlham Əliyev: Sən də hərbçi olmaq istəyirsən? Maşallah!

Kişi sakin: Cənab Prezident, Sizə bir sözüm var. Çoxdandır ki, bu, mənim ürək sözümdür. Siz dünyanın ən birinci Prezidentisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Həqiqətən bunu ürəkdən deyirəm, Sizə minnətdaram.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Uşaqlardan da soruşuram böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsiniz? Deyirlər hərbçi. Bax, bu da sizin işinizdir. Qız da deyir ki, hərbçi olmaq istəyirəm. Vətəni qorumaq istəyirlər. Yenə şəkil çəkdirək? Məktəbin önündə çox çəkdirdik. Gəl, qızım, siz də durun. Biz çox şəkil çəkdirdik. Bunlar hamısı internetdə çıxacaq. Gedək.

Qadın sakin: Adam buradan getmək istəmir.

Prezident İlham Əliyev: Bəli, biz tez-tez sizə qonaq gələcəyik.

Qadınlar: İnşallah, həmişə yolunuzu gözləyirik.

Prezident İlham Əliyev: Gələcəyin hərbçiləri, sağ olun.

Qadın sakin: Olar Sizinlə şəkil çəkdirək?

Prezident İlham Əliyev: Necə? Biz şəkil çəkdirdik.

Qadın sakin: Mənimlə.

Prezident İlham Əliyev: Hə, yaxşı, bir dəfə də çəkdirək.

Qadın sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın, burada xoşbəxt yaşayın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

XRİTDX-nin şəxsi heyəti Zəfər Gününü qeyd edib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib

BDYPİ: Sürmə vərdişi olmadan velosiped idarə edən ahıl şəxs yol qəzasında həyatını itirdi

Vətən müharibəsinin xronikası: 7 noyabr

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Zəfər Günü qeyd edilib

Media əlaqələrinin gücləndirilməsi Azərbaycanla Çin arasında daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verəcək

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib

Bəhreynin ingilisdilli qəzetində Zəfər Gününə həsr olunmuş məqalə dərc edilib

Pekində 7-ci Dünya Media Sammiti keçirilir

Bəhreyndə Zəfər Günü qeyd olunub

Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Mərakeşdə Azərbaycanın Zəfər Günü münasibətilə bayram konserti təşkil edilib

Reza Deqati: Qarabağ müharibəsində itkin düşənlərə həsr olunan kitabım noyabrın sonunadək nəşr ediləcək – Eksklüziv

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Zəfər Günü ilə əlaqədar Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkilib

Hüquq və ədalət mühakiməsində süni intellekt: proaktiv idarəetmə və alqoritmik risklər

Heydər Əliyev Beynəlxalq Aeroportunda şəhid övladları üçün Zəfər Günü tədbiri təşkil olunub

Misirdə Azərbaycanın Zəfər Günü qeyd edilib

Şahin İsmayılov: Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə qalib ölkənin nümayəndələri kimi iştirak etmək imkanı qazanıblar

İndira Hacıyeva: Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi mühüm məsuliyyətdir

Zəfərin fəlsəfəsi və gənclərin məsuliyyəti - Bakıda forum

Müqəddəsliyin uca zirvəsi

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Zaqatalada arıçılar bal yarmarkasına hazırlaşırlar

Dominikanda Zəfər Günü münasibətilə konsert təşkil edilib

Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib

Xətai rayonunda Zəfər konserti keçiriləcək

Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək

Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib

NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb

“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb

Almaniyada 400 minədək metallurgiya və elektrotexnika işçisi tətilə qoşulub

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub

Rubio G7 sammitində iştirak etmək üçün Parisə gedəcək

İstanbulda Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə olunub

Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir