Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zəfər Forumu davam edir VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən Ümumrespublika Zəfər Forumu davam edir.

AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak edirlər.

Azərbaycanın Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq özünün ərazi bütövlüyünün bərpası, işğal olunmuş əzəli tarixi torpaqlarının azad edilməsi uğrunda başladığı İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin ikinci ildönümü ərəfəsində uğurla davam edən forumun əsas məqsədi Zəfərimizin tarixi əhəmiyyətinin ölkəmizdə geniş təbliği, şəhid ailələrinə və müharibə iştirakçılarına, döyüşlərdə sağlamlıqlarını itirən hərbi qulluqçulara göstərilən diqqət və qayğının daha da artırılması üçün onların şəxsən dinlənilməsi ilə təşəbbüs və təkliflərin ümumiləşdirilməsi, bölgələrdə bu sahədə aparılan nümunəvi işin qabaqcıl təcrübəsinin öyrənilərək geniş yayılması, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi, Azərbaycan Ordusu üçün yüksək mənəvi və iradi keyfiyyətlərə malik gənclərin yetişdirilməsi, Vətənə xidmət peşəsinin – hərbi peşənin sevdirilməsidir.

Zəfər Forumu keçirilən bölgələrdə 2023-cü ildə 100 illik yubileyini dövlət səviyyəsində qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin abidələri və Şəhidlər xiyabanları ziyarət olunur, forum iştirakçıları bölgənin tarixi, görkəmli şəxsiyyətləri, o cümlədən Ulu Öndərin, Vətən müharibəsi qəhrəmanlarının və Milli qəhrəmanların adları ilə bağlı ünvanlarla tanış olmaq imkanı qazanırlar.

Oktyabrın 7-də Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksində əvvəlcə qəhrəmanın abidəsi ziyarət olunaraq qarşısına gül dəstələri düzülüb və 8 rayon nümayəndəsinin iştirak etdiyi ilk Zəfər Forumu öz işinə başlayıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov forum iştirakçılarını salamlayıb. Bütün xalqımız kimi biləsuvarlıların da hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarını qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Zəfər Forumunun Biləsuvardan başlamasının onlara göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov və əfsanəvi döyüşçümüzün adını daşıyan qardaşı oğlu balaca Mübariz fəxri kürsüyə dəvət edilib. Milli Qəhrəmanın atası forum iştirakçılarına səmimi arzularını çatdırıb. Ailələri və bütün xalqımız üçün üzüntülü anlarda, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində şəhid gizir Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovla keçirilən vida mərasimində Prezident İlham Əliyevlə görüşünü xatırlayıb. Dövlətimizin başçısının o vaxt dediyi “Ordumuzda Mübariz kimi, Fərid kimi oğullar minlərlə, on minlərlədir. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər” sözlərini yada salıb və böyük qürur hissi ilə deyib: “Mən fəxr edirəm ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımız hücum əmrini verdi və Azərbaycan Ordusunda olan Mübariz kimi, Fərid kimi minlərlə, on minlərlə oğullar müqəddəs savaşa atılaraq şəhidlərimizin intiqamını döyüş meydanlarında aldılar. Otuz illik Qarabağ həsrətinə son qoyuldu. Zəfər bayrağımızı işğaldan azad edilən əzəli tarixi torpaqlarımızda ən uca zirvələrə, ruhumuzun paytaxtı Şuşa şəhərinə sancdı. Bu gün mənim üçün də ən şərəfli, qürurverici gündür. Fəxr edirəm ki, mübarizlər, fəridlər ölməyib. Onların qəhrəmanlıq ənənələri yaşayır və inanıram ki, bundan sonra da onların igidliklərini təkrarlayan neçə-neçə qəhrəman oğullar yetişəcək”.

Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Cəbrayıl, Biləsuvar rayonlarından gələn şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev çıxış edərək şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçulara göstərilən dövlət qayğısından danışaraq ölkəmizin başçısına minnətdarlıqlarını bildirib və forum iştirakçılarına dövlətimizin daha da qüdrətlənməsində, azad edilən tarixi torpaqlarımızda yeni quruculuq işlərinin aparılmasında uğurlar arzulayıb.

Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib.

Forum iştirakçıları Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.

Forum iştirakçıları xatirə şəkli çəkdirib və Biləsuvar şəhərindən xoş təəssüratla ayrılıblar.

Oktyabrın 18-də Gəncə şəhəri Zəfər Forumu estafetini qəbul edib. Prezident Administrasiyasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri, Gəncə, Mingəçevir, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Yevlax, Xocalı rayonlarını təmsil edən nümayəndələri ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edib, Şəhidlər xiyabanındakı “Əbədi Məşəl” kompleksi önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib, əbədiyyətə qovuşan igid Vətən övladlarının ruhuna dualar oxuyublar.

Gəncə Dövlət Filarmoniyasının foyesində təşkil olunan yaradıcılıq sərgisi ilə tanışlıqdan sonra Zəfər Forumu başlanıb.

2020-ci il noyabrın 8-də Şuşa şəhərində inzibati binanın üzərinə sancılan və Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdirilən möhtəşəm Qələbəmizin rəmzi Zəfər bayrağı hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları və alqışlar altında salona gətirilib.

Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər Salam İsmayıl və Elxan Abbasov Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad Xanın qiyafələrində səhnəyə çıxıblar. Ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrini yaşadaraq düşməni məğlub edib Zəfər bayrağımızı tarixi torpaqlarımızda yenidən ucaldan ər oğulları alqışlayaraq, müdrik kəlamları ilə onları yeni-yeni zəfərlərə səsləyiblər.

Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov Zəfər Forumunun iştirakçılarına gəncəlilərin salamlarını yetirib. Onlara bundan sonra da ümummilli lider Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, xalqımızın xoşbəxt, firavan gələcəyi naminə uğurlar arzulayıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Zəfər Forumunun işində iştirakçılara uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, Gəncədə keçirilən Zəfər Forumu da ordu-xalq-dövlət birliyinin təntənəsinə çevriləcək və hər birimizi bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə ruhlandıracaq.

100 illik yubileyi yüksək səviyyədə qeyd edilən Gəncə şəhərinin ən yaşlı sakini, İkinci Dünya müharibəsinin iştirakçısı Tofiq Hüseynovun forum iştirakçılarına məsləhətləri və yeni zəfərlərə ruhlandıran xeyir-duası alqışlarla qarşılanıb.

Şəhid anası Rəfiqə Süleymanova (Gəncə), şəhid atası İldırım Əbdürrəhmanov (Mingəçevir), müharibə iştirakçısı Samir Kərimov (Yevlax), Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev (Kəlbəcər) və digər rayonların nümayəndələri çıxış edərək bir daha vurğulayıblar ki, bu gün ölməz şəhidlərimizin ruhu şaddır. Onların yaxınları üçün, bütün xalqımız üçün təsəlli odur ki, şəhidlərimiz öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu, Gəncə Dövlət Filarmoniyasının və Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə təqdim edilən “Zəfər bayrağına düzlən!” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya Zəfər Forumu iştirakçılarının böyük marağına səbəb olub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə forum iştirakçılarının müraciəti səsləndirildikdən sonra Zəfər bayrağı fəxri qarovulun müşayiəti, “Qələbə marşı”nın sədaları altında Ağstafa rayonuna yola salınıb.

Oktyabrın 19-da Ağstafa şəhəri Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları, igidlik və şücaəti ilə Şuşaya sancılan Zəfər bayrağımızı böyük coşqu ilə qarşılayıb.

Prezident Administrasiyasının məsul əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və hərbi qulluqçular ulu öndər Heydər Əliyevin abidəsi önünə qızılgüllər düzərək dahi Liderə ehtiramlarını bildirib, Şəhidlər abidə-kompleksini ziyarət edərək “Əbədi Məşəl” qarşısına forum iştirakçıları adından əklil qoyublar.

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Mədəniyyət mərkəzinin qarşısında rəsmi qonaqlar, Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarını təmsil edən nümayəndələr hərbi orkestrin ifa etdiyi “Zəfər marşı” ilə qarşılanıb.

Foyedə “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Düşmən təxribatlarının qarşısını qətiyyətlə aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini sevindirəcəkləri günü arzulayıblar.

İkinci Qarabağ müharibəsinin Zəfər bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradının iştirakçısı olan hərbi qulluqçuların müşayiəti ilə salona gətirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni ifa olunub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa ünvanladığı tarixi müraciətdən fraqmentin vizual təqdimatı ilə forum işinə başlayıb. İştirakçılar Müzəffər Ali Baş Komandanın müraciətini ayaqüstə alqışlarla qarşılayıblar:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox...

Bizim Zəfər yürüşümüz davam edir...

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Polkovnik A.Qurbani forum iştirakçılarına Ağstafa rayonunun tarixi barədə ətraflı məlumat verib. Bu torpaqda doğulan igidlərin Vətənin dar günündə birləşib düşmənə ağır zərbələr vurduqlarını, qanları, canları bahasına yurd-yuvalarını qoruduqlarını, Qarabağ müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq Vətənin müdafiəsinə qalxdıqlarını, düşmənə bir qarış olsun torpaq vermədiklərini iftixar hissi ilə diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk generalı Süleyman bəy Əfəndiyevin, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin, Azərbaycanın Milli qəhrəmanları Rafiq Alıcanov, Arif Qədiməliyev, Əjdər Babayev, İlham Həsənov və Novruz Qurbanovun Ağstafa rayonundan pərvazlandıqları, Birinci və İkinci Qarabağ müharibəsində təkcə bu rayondan 222 şəhidin olduğu qeyd edilib.

Silahlı Qüvvələrin bütün qoşun növlərində Ağstafadan olan hərbi qulluqçuların Vətənə sədaqətlə xidmət etdikləri, peşə seçimində gənclərin hərbi ixtisaslara daha çox meyil göstərdikləri, ordu ilə rayon sakinlərinin əlaqələrinin yüksək səviyyədə olduğu, müharibə dövründə ön cəbhədə, eləcə də arxa cəbhədə ağstafalıların dövlətimizin başçısının ətrafında daha sıx birləşərək Qələbə naminə fədakarlıqlar göstərdikləri vurğulanıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov etimad göstərilərək növbəti Zəfər Forumunun bu rayonda keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib və Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da şəhid ailələrinə, müharibə iştirakçılarına və xalqımıza böyük Qələbənin sevincini yaşadan döyüşçülərimizə diqqət və qayğının artırılmasında, rəşadətli Ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini əsgirəməyəcəklərini bildirib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən, rəşadətli Ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin Qələbəsini təmin etdiyini xüsusilə nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mühüm əhəmiyyəti barədə danışıb. Respublikamızı əhatə edəcək Zəfər Forumunun Bakı şəhərində uğurla başa çatacağına əminliyini bildirib.

Forumda çıxış edən Vətən müharibəsi iştirakçıları Xəyyam Əliyev (Qazax), Vüqar Əhmədov (Tovuz), Nəsib Səmədov (Ağstafa) və Etibar Əliyev (Gədəbəy) cəbhə xatirələrini bölüşərək dövlətimizin başçısı İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini, Müzəffər Ali Baş Komandanın çağırışlarına hər an hazır olduqlarını bəyan ediblər.

Müharibə qaziləri fəxri kürsüyə dəvət edilib və onların şərəfinə yazılan “Yol verin, Qazi gəlir!” adlı vətənpərvərlik mahnısı (sözləri A.Qurbaninin, musiqisi A.Zahidindir) Əməkdar artist Cahangir Qurbanovun ifasında təqdim olunub.

2016-cı il Aprel döyüşlərinin şəhidlərindən olan polkovnik Vüqar Yusifovun atası Nurəddin Yusifov (Şəmkir) oğlunun timsalında bütün şəhidlərimizin intiqamının döyüş meydanında alındığını, bu möhtəşəm Qələbənin məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində, ulu öndər Heydər Əliyevlə başlanan müstəqil Azərbaycanın ordu quruculuğunda həyata keçirdiyi möhtəşəm layihələrin sayəsində mümkün olduğunu qürur hissi ilə qeyd edib.

Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Hüseynov çıxış edərək Zəfər Gününü bu il də Qələbə əhval-ruhiyyəsi ilə qarşıladığını, Birinci Qarabağ müharibəsində övladının şəhid olmasına baxmayaraq, sazının hələ də susmadığını, müharibə ərəfəsində, müharibənin gedişində və bu gün də Azərbaycan əsgərini “Cəngi”, “Misiri” aşıq havaları ilə döyüşlərə, Qələbəyə ruhlandırdığını deyib və “Ruhani” saz havası ilə forum iştirakçılarına duyğulu anlar yaşadıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Şuşada möhtərəm Prezidentimizin iştirak etdiyi “Vaqif Poeziya Günü” çərçivəsində keçirilən tədbirləri yada salıb və azad edilən 270 yaşlı Şuşamızda yazdığı “Zəfərə yol açan igid oğullar” şeirini oxuyub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə forum iştirakçılarının müraciəti yekdilliklə qəbul olunub.

Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı videoçarxların müşayiəti ilə təqdim etdiyi “Zəfər suitası”, hərbi marş və vətənpərvərlik nəğmələri forum iştirakçılarının Qələbə əhval-ruhiyyəsini daha da artırıb.

Ağstafa şəhərində keçirilən Zəfər Forumunun iştirakçılarını yüksək səviyyədə qəbul etdiyinə görə “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyinə, o cümlədən forumun keçirildiyi məkanların yüksək səviyyədə bədii tərtibatı üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə təşkilatçılar adından minnətdarlıq edilib.

“Müzəffər Ordumuz” mahnısının ifası və Zəfər bayrağının alqışlar altında növbəti forum keçiriləcəyi Qusar rayonuna yola salınması ilə forum başa çatıb.

Zəfər Forumu davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib VİDEO

Prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar

İsrailin Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı 50 dəqiqə davam edib

Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb

Serbiya mətbuatı Azərbaycan Prezidentinin bu ölkəyə səfərinə və interkonnektorun açılış mərasimdə iştirakına geniş yer ayırıb

Ağsuda narkotacir saxlanılıb VİDEO

Prezident İlham Əliyevin Prezident Aleksandar Vuçiç ilə birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub

“Neftçi” U-15-in qapıçısı xəstəxanaya yerləşdirilib

"Euronews”a müsahibə regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir

Türkiyədə “Heydər Əliyev 100-cü il” şahmat turniri start götürüb

Lyublyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan tədbir keçirilib

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində bir sıra tədbirlər təşkil olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub VİDEO

İranın neftayırma zavodunda güclü yanğın baş verib

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-6 VİDEO

Beynəlxalq konfransın qonaqları ilə MDU-da təcrübə mübadiləsi aparılıb

İqlim fəalları Venesiyadakı “Böyük kanal”a rəngli maye töküblər

AYNA: Ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindədir

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

Aleksandar Vuçiç: Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir

Rotterdamda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Rumen Radev: Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır

Türkiyədə baş verən torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı" ilinin rəsmi bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsisatı türk xalqlarının birliyi, dostluğu yolunda çox ciddi addımdır

Batut və tamblinq gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib

Alinur Aktaş: 30 il sonra azadlığa qovuşmuş Şuşada olmaq bizim üçün böyük xoşbəxtlikdir

Prezident: Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-la bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi dostluğumuzun nümunəsidir

Azərbaycan Prezidenti Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib

Prezident İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir

2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb

Prezident: Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi gələcək nəsillər üçün çox uğurlu layihələrdəndir

Prezident: Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq

TÜRKSOY Media Mükafatının təqdimatı olub

Prezident İlham Əliyev: Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Atageldi Şahmuradov: Türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur

Azərbaycan klubu iki əcnəbi basketbolçunu transfer edib

Sumqayıt Tibb Mərkəzi: Avtomagistralda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfərin vəziyyəti ağır olaraq qalır

Səhər paytaxtın bəzi yerlərində hava çiskinli olacaq

Aydın Kərimov: Şuşada bu günədək 16 abidə tam bərpa olunub

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfərə gəlib VİDEO

Mədəniyyət naziri: Keçirilən tədbirlər Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq

Adil Kərimli: l Türk Dünyası Mədəniyyət Forumu əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq

Misirdə prezident seçkiləri keçirilir, Əbdülfəttah Əs-Sisi səsvermədə iştirak edib

Masallıda baş verən qəzada iki piyada ölüb

Milli Kitabxana Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıb

Mingəçevir Dövlət Universiteti Kayseri Universiteti ilə əməkdaşlığa başlayıb

“Sabah” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Balakəndə sərt döngədə iki avtomobil toqquşub

Sumqayıtda ağır yol qəzası baş verib: ölən və yaralananlar var

İnstitutun şöbə müdiri: Hər bir insanın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Pxenyan Vaşinqtonu BMT Təhlükəsizlik Şurasını “konfrontasiya meydanı”na çevirməkdə qınayıb

Müstəqillik tarixinin ilk Zəfər paradı: ölkəmizin hərbi qüdrətinin, Azərbaycan-Türkiyə qardaşlığının nümayişi

ABŞ-da atışma olub, ölənlər var

Çin metan və maye oksigenlə işləyən üçüncü raketini buraxıb

Çili Prezidenti: Dünya artıq 1945-ci ildəki kimi deyil

Yaponiyada qalmaqala görə iqtisadiyyat naziri və partiya rəhbərləri dəyişdiriləcək

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb

ABŞ-da tornado bir neçə nəfərin həyatına son qoyub VİDEO

Yapon beysbolçusu idman tarixinin ən böyük müqaviləsini imzalayıb

İstifadəçilərin ən çox bəyəndiyi smartfonların adları açıqlanıb

Argentina yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayacaq

Azərbaycan basketbol klubu amerikalı oyunçusu ilə yollarını ayırıb

ABŞ Dövlət Departamenti İsrailə tank mərmilərinin mümkün satışını təsdiqləyib

Ulu Öndər Azərbaycanı tərəqqi yoluna çıxardaraq liderliyini, böyüklüyünü bütün dünyaya sübut etdi

Parisdə iş adamının oteldə 750 min avro dəyərində brilyant üzüyü itib

İsveçdə azərbaycanlı tələbə və məzunların 3-cü yığıncağı olub

İsrailin müdafiə naziri: Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

BƏƏ Ermənistan ilə Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı 3 çatıb YENİLƏNİB

İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib

Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik