Yeniyetmələr arasında reqbi festivalı keçiriləcək
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Şamaxı Olimpiya Mərkəzinin stadionunda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında reqbi festivalı baş tutacaq.
AZƏRTAC xəbər verir ki, yarışda Şuşa, Sumqayıt, Qəbələ və Şamaxı şəhərlərini təmsil edən 5 komanda iştirak edəcək. Festival ölkəmizdə fəaliyyət göstərən reqbi komandalarının oyun təcrübəsini artırmaq, həmçinin yeniyetmələr arasında Azərbaycan çempionatının keçirilməsinə hazırlıq xarakteri daşıyır.
Yarış dairəvi sistem üzrə təşkil ediləcək. Turnir iştirakçıları xüsusi diplomlarla, hər komandanın ən yaxşı oyunçuları isə hədiyyələrlə təltif olunacaqlar.
Festivalın təşkilatçıları Azərbaycan Reqbi Federasiyası və Şamaxı Olimpiya Mərkəzidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [21:44]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [19:25]
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
- 18.09.2026 [18:59]
Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
- 18.09.2026 [18:28]
Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib
- 18.09.2026 [17:19]
Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb
- 18.09.2026 [17:00]
“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib
- 18.09.2026 [16:37]