Respublika Uşaq Kitabxanasında yazıçı Fatimə Alxazla görüş olub
Bakı, 31 oktyabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Nizami rayonu Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin şagirdləri ilə yazıçı Fatimə Alxazla görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunan görüşdə şagirdlər yazdıqları hekayələrlə çıxış edib, ən yaxşı hekayə yazan şagirdlərə isə yazıçı tərəfindən sertifikat və imzalı kitablar hədiyyə olunub.
Görüşdə iştirak edən məktəbin psixoloqu Gülbəniz İsmayılova uşaqların formalaşmasında kitabxana və mütaliənin rolu barədə danışıb.
Sonra tədbir iştirakçıları kitabxananın şöbələri, kitab fondu və oxu zalları, həmçinin “Göy qurşağı” uşaq jurnalının yeni buraxılışları ilə tanış olublar.