Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]