Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 30 mini ötüb VİDEO

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 30 mini ötüb VİDEO

Pekin, 24 noyabr, AZƏRTAC

Çində pandemiyanın hazırkı dalğasında sutkalıq yoluxma sayı 30 mini ötüb.

AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ölkədə 31 min 444 yoluxma, o cümlədən 27 min 517 asimptomatik yoluxma və bir ölüm qeydə alınıb. Bu, hazırkı dalğada ən yüksək sutkalıq yoluxma sayıdır.

Ümumiyyətlə, oktyabrın son günlərindən başlayaraq Çində epidemik vəziyyət ağırlaşır. Yoluxmaların əsas ocaqları paytaxt Pekin, ölkənin xarici ticarət qapısı və əsas istehsal mərkəzlərindən hesab olunan Quancou şəhəridir. Bundan əlavə, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (31 milyon sakini var), habelə Cencou şəhəri və Daxili Monqolustan muxtar bölgəsidir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çonçinin 11 rayonunda qapanma elan edilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib. Şanxay, Şencen, Çendu kimi yoluxma aşkarlanan digər yaşayış məntəqələrində də kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.

Son 3 gündə paytaxtda sutkalıq yoluxma sayı 1000-dən çox olub. Pekinin səlahiyyətli qurumları virusla mübarizə tədbirləri çərçivəsində şəhərdə bir neçə gündür tətbiq olunan karantin tədbirlərini daha da sərtləşdirib. Belə ki, paytaxtdakı bütün əyləncə və istirahət məkanları, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanıb. Bundan başqa, xidmət sektoru üzrə məkanlar, o cümlədən gözəllik salonları fəaliyyətini dayandırıb. Apteklər, ərzaq və gündəlik tələbat malları mağazaları istisna olmaqla bütün ticarət obyektləri bağlanıb. Həmçinin ofis binalarında iş fəaliyyəti məhdudlaşdırılıb. Şirkət, idarə və təşkilatlara mümkün olduğu halda onlayn işləmək tövsiyə olunub.

Noyabrın 24-dən isə paytaxtda daha bir qayda qüvvəyə minib. Son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olmadan heç bir məkana, o cümlədən dövlət qurumlarının binalarına, ofis mərkəzlərinə, mağazalara daxil olmaq, habelə ictimai nəqliyyatdan istifadə etmək mümkün olmayacaq. Bu səbəbdən sakinlər demək olar ki, hər gün test verirlər. Ödənişsiz qaydada fəaliyyət göstərən səyyar test məntəqələrinin sayı 5 minə çatdırılıb. Səhər saat 06:30-da açılan test məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Artıq 10 günə yaxındır ki, Pekin də daxil olmaqla Çinin bir neçə iri şəhərində orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər distant formada təşkil olunur.

Universitetlərin kampusları, istehsal müəssisələri qapalı rejimdə fəaliyyət göstərir. Kafe və restoranlarda yerində xidmətlər dayandırılıb. Səhiyyə Komitəsi ciddi ehtiyac olmadığı halda sakinlərə evlərini tərk etməməyi tövsiyə edib. Bu səbəbdən 25 milyona yaxın sakini olan Pekinin adi günlərdə izdihamlı olan küçə və yollarında sakitlik hökm sürür.

Qeyd edək ki, Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır COVID” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur. Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 30 mini ötüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib

ARDNF-nin AÇG-dən əldə etdiyi gəlir açıqlanıb

Erməni diversant 18 il müddətinə azadlıqdan məhrum edilib YENİLƏNİB VİDEO

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU növbəti dəfə beynəlxalq reytinq siyahısında yer alıb

Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər 1,3 milyard dolları ötüb

Bakıdakı Rus evində Beynəlxalq Könüllülər Günü qeyd olunub

Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Könüllülük Həftəsi çərçivəsində gənclər arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir

Tofiq Məliklinin “Türkbilimi yazılarımdan seçmələr” kitabının təqdimatı olub

Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Coğrafiyaçı tələbələr “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər

Türkiyə ilə Azərbaycan arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlar müzakirə olunub

Salyanda maarifləndirici tədbir: “Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik”

“Gəncə” voleybol klubunun baş məşqçisi: Mükafatçılar sırasında olmaq istəyirik

ABŞ və Ukrayna müdafiə nazirləri 2024-cü ilin əməliyyatları planını müzakirə ediblər

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilir

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işini Ağdamda davam etdirir

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin sədri Şəmkirdə vətəndaşlarla görüşəcək

Hərbi Prokurorluqda tədbir: Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək

Türkiyənin təhlükəsizlik qüvvələri bu il 2 mindən çox terrorçunu zərərsizləşdirib

Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş nazirinin görüşü olub

Azərbaycan müəllimlərinin XVI qurultayında müzakirə ediləcək mövzular açıqlanıb

Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib

Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

“Masdar” metanoldan hazırlanan aviasiya yanacağının sınağını keçirib

Şahin Mustafayev “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb

Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

“Taksi sürücüsü”nü tamaşaçılara sevdirən kinorejissor - Şneyder

Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransda çıxış edib

İşğaldan azad edilmiş bölgələrdə şəhər və kəndlərin sakinləri üçün peşə hazırlığı kurslarına başlanılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Niderlandlı yazıçı Qarabağ haqqında kitab yazır

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADMİU-nun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi İqtisadiyyat İnstitutunda çıxış edib

Kimyaçı alimlər Ermənistanla sərhəd çaylarının suyunun ekstraksiya-fotometrik təyini üsulunu işləyib-hazırlayıblar

Ağcabədidə dönərxanada qaz sızması nəticəsində partlayış baş verib

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm

Səfir: Azərbaycanda dinlər arasındakı münasibətləri İndoneziyada tətbiq etmək çox vacibdir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində keçirilən Foruma rəsmi tərəfdaşlıq edib

Şuşada baş verən mina hadisəsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

® Onurğa əyriliyi düzəlir? Müalicəsi effektlidir?

Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib

Qərbi Azərbaycan İcmasında Nihongo Asiya Akademiyasının direktoru ilə görüş olub

Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub YENİLƏNİB

Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir

Mahir Məmmədov: Bu il Azərbaycan şahmatı üçün məhsuldar alındı

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək VİDEO

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransı

“Çiçək ayın qatilləri” ilin ən yaxşı filmi seçilib

Baş Prokurorluq: Füzuli rayonunda mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

Cənubi Qafqazın taleyi Azərbaycanın iradəsi ilə dəyişir – ŞƏRH

Vüqar Həşimov Memorialının iştirakçıları mərhum şahmatçının məzarını ziyarət ediblər

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmasına gələn il başlanılacaq

ADAU-nun maliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublar

Pediatr: Qızılca ilə yoluxmuş uşaqlar peyvənd almayanda ölüm riski yüksək olur

Zəfər paradı - şanlı Qələbəmizin əzəmətli və təntənəli nümayişi

Daxili İşlər Nazirliyinə zəlzələdən sonra xoşagəlməz hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb VİDEO

Boks üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli olub

BŞTİ komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edir

Maqnit-robotun köməyi ilə dünyada ilk cərrahiyyə əməliyyatı edilib

Daxili işlər naziri Qubada vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi Almaniyanın ədəbiyyat portalında

Seyşel adalarında baş verən partlayışdan sonra fövqəladə vəziyyət elan olunub

Baş Prokurorluq: Rusiya tərəfinin vəsatətləri əsasında 3 nəfər qarşı tərəfə təhvil verilib

İRİA sədri: Türkiyə ilə danışıqlar aparırıq ki, keyfiyyətli proqramları Azərbaycana gətirək

BDU-da Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Rusiyada şagird məktəbdə insanlara atəş açıb: iki nəfər ölüb, üç nəfər yaralanıb

Polkovnik: Dövlətimizin başçısı Forumda Qərbin bəzi dairələrinin Azərbaycana olan qərəzli münasibətini ifşa etdi

Bakıda “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq

Minatəmizləmə üzrə türkiyəli ekspert: Ağdamda olan mənzərə o qədər də ürəkaçan deyil

Cahit Bağçı: Türkiyə ilə Azərbaycan texnologiyalar və İKT sektorunda da əməkdaşlıq edəcək

Naxçıvanda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans və tibbi aksiya keçiriləcək

Azərbaycanın tanınmış şahmatçısı: Blits üzrə də dünya çempionu olmağa çalışacağam

Zəlzələ baş verən ərazilərdə dağıntılara və binalara ziyan dəyməsi ilə bağlı hallara rast gəlinməyib

Ağdaş rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıdakı Rus evində Səməd Vurğunun xatirə axşamı olacaq

Hazırda zəlzələ ocağında seysmik aktivlik fon səviyyəsindədir

Aqrar Xidmətlər Agentliyinin sədri Yevlaxda vətəndaşlarla görüşəcək

Salyanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

"Cənab və xanım Smitlər" serialının premyera vaxtı məlum olub

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

 Səhər baş verən zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb VİDEO

ADY: Qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub

Bu gün zəlzələ baş verən ocaqda bir neçə ay əvvəl eyni maqnitudalı təkanlar qeydə alınıb VİDEO

ASCO: 548 min ton tullantı təkrar emala yönləndirilib

Türkiyədə təlimi uğurla başa vuran gənc alimlər sertifikatla təltif ediliblər