Jerom Begüin: Milli Assambleyanın qətnaməsi iki xalq arasında sülhün bərqərar olmasına mane olur VİDEO
AzerTAg.az

Paris, 29 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanın və azərbaycanlıların yanında olmaqdan məmnunam. Azərbaycanlılar və fransızlar Milli Assambleyanın müzakirə edəcəyi və səs verməyə çıxaracağı mətnə etirazını bildirmək üçün buraya toplaşıb. Azərbaycana qarşı olan bu mətn ədalətsizdir.
Bu fikirləri Azərbaycan diasporunun Fransa Milli Assambleyasına qarşı etiraz aksiyasına qatılmış fransız Jerom Begüin AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, qətnamə mətni Azərbaycanı günahlandırır, Ermənistana isə bəraət qazandırır: “Halbuki, tanınan tarixi təcavüzkar əslində Azərbaycan yox, məhz Ermənistandır. Milli Assambleyanın müzakirəyə çıxardığı qətnamə isə iki xalq arasında sülhün bərqərar olmasına mane olur. Münaqişə artıq 2 ildir başa çatıb. Axı niyə Fransa bu münaqişənin üzərində belə təkidlə dayanır? Nə üçün bu münaqişəni hər gün gündəmə gətirir?
“Təəssüflər olsun ki, Fransa mediasında yalnız erməni propaqandasına geniş yer verilir. Azərbaycanın öz haqlı mövqeyini, haqq səsini eşitdirməyə imkan verilmir. Bu ədalətsizlikdir”,-deyə J. Begüin vurğulayıb.
Paris
Xəbərin mətnində orfoqrafik səhv var