MƏDƏNİYYƏT


Rumıniya mətbuatı Yanardağ barədə məqalələr yayıb

Buxarest, 3 dekabr, AZƏRTAC

Rumıniyanın qabaqcıl KİV-ləri, Digi 24, Adevarul ro, Pro Tv televiziya kanalı, “Newsweek” qəzeti və digərləri CNN-ə istinad edərək, Azərbaycanın Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs edib.

AZƏRTAC xəbər verir ki, yazıda hələ XIII əsrdə dünyaşöhrətli səyyah, venesiyalı tədqiqatçı Marko Polonun Yanardağın əsrarəngizliyi haqqında məlumat verdiyi qeyd edilib. Yanardağı görmüş digər səyyahlar da başqa ölkələrə səfər edərkən bu “yanan torpaq” barədə xəbərlər veriblər. Bu səbəbdən Azərbaycan “Odlar Yurdu” kimi məşhurlaşıb. Bildirilib ki, 200-300 il əvvəl burada alovun hündürlüyü 2-4 metrə qədər qalxıb. Bu səbəbdən minilliklər boyu Yanardağ ölkəmizə gələn səyyahları valeh edən məkanlardan biri sayılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.