Türkiyənin Şanlıurfa şəhərində yaşayış binasında partlayış olub VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında partlayış baş verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.
Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib.
Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.