DÜNYA


Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edənlərə Avstraliya da qoşulacaq

Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edənlərə Avstraliya da qoşulacaq

Tokio, 5 dekabr, AZƏRTAC

Avstraliya da G7 ölkələri ilə birlikdə Rusiya neftinin bir barel üçün 60 dollar həddində müəyyən edilmiş qiymət məhdudiyyətlərinə qoşulacaq.

AZƏRTAC Yaponiya KİV-ə istinadla xəbər verir ki, G7 ölkələri və Avstraliya Rusiyadan alınan neftin qiymətlərinə tətbiq ediləcək məhdudiyyətlərə qoşulmaq barədə razılığa gəliblər. “Price Cap” koalisiyası bununla Rusiyanın Ukraynaya təcavüzünün maliyyə mənbələrini məhdudlaşdırmağa çalışır.

ABŞ hökuməti ötən cümə günü həmin məhdudiyyətlərin dekabrın 5-dən qüvvəyə minəcəyini elan edib. Qaydalara əsasən, Rusiya nefti bir barel üçün 60 dollardan yuxarı qiymətə satıldığı təqdirdə həmin məhsulun sığorta və dəniz yolu ilə daşınmasına dair ticarətin maliyyələşdirilməsi xidmətləri koalisiya tərəfindən qadağan ediləcək.

Qeyd edək ki, G7 ölkələrində yerləşən şirkətlər əlaqədar dəniz sığortası və təkrar sığorta məhsulları bazarının təxminən 90 faizinə nəzarət edirlər.

Həmçinin bildirilir ki, Rusiyanın Uzaq Şərqində yerləşən “Saxalin-2” neft-qaz layihəsi gələn ilin sentyabr ayının sonunadək tətbiq edilən qiymət məhdudiyyətindən azad ediləcək. Buna səbəb həmin layihədə Yaponiya şirkətlərinin iştirak etməsidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.