“Missiya” tamaşası Sumqayıt Teatrının səhnəsində
Sumqayıt, 5 dekabr, Firuz Novruzov, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunan “Missiya” tamaşasının uğurlu səhnə təqdimatı davam edir.
AZƏRTAC xəbər verir ki, yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı, leytmotivində ən yaxın tariximizin qəhrəmanlıq səhifəsi duran səhnə əsərinə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Bədii tərtibatı Elşən Sərxanoğluna, musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə məxsus olan tamaşanın icraçı rəssamı Nizami Dadaşovdur.
Obrazları Əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, aktyorlar Şəmistan Süleymanlı, Məryəm Hüseynlı və başqaları canlandırırlar.