HEYDƏR ƏLİYEV - 100


Əlcəzair portalı Ulu Öndərin multikulturalizm siyasəti barədə məqalə yayıb

Əlcəzair portalı Ulu Öndərin multikulturalizm siyasəti barədə məqalə yayıb

Qahirə, 6 dekabr, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında “Böyük lider Heydər Əliyevin multikulturalizm siyasəti” sərlövhəli geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə ulu öndər Heydər Əliyevin multikulturalizmi Azərbaycanın demokratik inkişafının mühüm tərkib hissəsi hesab etdiyi vurğulanıb. Qeyd edilib ki, dahi siyasətçi ölkə ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni dəyərlərin qorunmasına xüsusi diqqətlə yanaşırdı. Etnik millətçiliyə alternativ olaraq, Ümummilli Lider Azərbaycan xalqının və bütövlükdə cəmiyyətin, eləcə də dövlətimizin yüksəlişinin əsas amili kimi vahid azərbaycançılıq ideologiyasını irəli sürmüşdü. Bu gün azərbaycançılıq məfkurəsi dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Heydər Əliyev bu ideologiyanı reallaşdırmaqla Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini daha da möhkəmləndirdi.

Müəllif vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq istiqamətində də ulu öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirir. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, bütün dinlərə hörmət və qayğı Azərbaycanı bütün dünyada yüksək mədəniyyətə malik tolerantlıq nümunəsi kimi tanıdıb. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin və xalqların ümumi vətənidir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə can atırdı.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.