DÜNYA
İtaliya Aralıq dənizində üzən humanitar gəmilərdəki 500-dən çox miqrantı qəbul edəcək VİDEO
Roma, 11 dekabr, AZƏRTAC
İtaliya Aralıq dənizində üzən humanitar gəmilərdəki 500-dən çox miqrantı qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, İtaliya sahillərinə yan alan “SOS Humanity” qeyri-hökumət təşkilatına məxsus “Humanity 1”gəmisinin göyərtəsindəki 261 miqrant Bari şəhərinə çatdırılacaq. Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisindəki 248 miqrant isə Salerno şəhərinə gətiriləcək.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib ki, qaydalara riayət edildiyi müddətdə ölkəsi miqrantların qəbulunda üzərinə düşəni etməyə hazırdır.
Xatırladaq ki, İtaliya ötən gün Almaniyanın “Louise Michel” qeyri-hökumət təşkilatına məxsus humanitar gəmidəki 33 miqrantı qəbul etmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [23:08]
Nigerdə azı 7 əsgər yaraqlıların hücumu nəticəsində öldürülüb
- 21.05.2024 [22:35]
Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb
- 21.05.2024 [21:16]
Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək
- 21.05.2024 [20:22]
Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]