Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər VİDEO
Bakı, 17 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq altı gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları olduqları ərazidə vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.