CƏMİYYƏT


Anar Əliyev: Yeni dəyişikliklər gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəldilib

Anar Əliyev: Yeni dəyişikliklər gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəldilib

Bakı, 3 fevral, AZƏRTAC

Sosial sığorta və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası zamanı gəlir və xərc arasında yaranan müsbət qalığın, yəni əlavə vəsaitin sərf olunmasında şəffaflıq və hesabatlılıq təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında söyləyib.

Nazir müavini bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq artıq vəsaitin sərf olunması məsələsinə nəzarət edən komissiyalar yaradılacaq və hesabat ictimaiyyətə açıqlanacaq.

Onun sözlərinə görə, Mərkəzi Bankdan sonra digər banklar da bu layihəyə qoşulacaq.

Anar Əliyev “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanunlara dəyişikliklərlə bağlı qanun layihələrinin gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəlik olduğunu vurğulayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.