REGİONLAR


Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb

Göyçay, 8 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. İlkin məlumata görə, rayonun Mallı-Şıxlı kənd sakini, 54 yaşlı Fəxrəddin Xəlilov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında qəflətən ürək tutmasından keçinib. Avtomobil yolun əks istiqamətində, küçənin kənarında dayanmış Göyçay şəhər sakini, 52 yaşlı İsmixan Mehdiyevə məxsus “VAZ 2109” markalı avtomobilə çırpılıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Dünyasını dəyişən Fəxrəddin Xəlilov yaxınlıqdakı insanların köməyi ilə əzilmiş avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.