Türkiyə Prezidenti: Zəlzələ səbəbindən universitetlər məsafədən təhsilə keçəcək VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Zəlzələ səbəbindən Türkiyə universitetlərində tamamilə məsafədən təhsilə keçiləcək, təbii fəlakət nəticəsində evsiz qalanlar tələbə yataqxanalarında yerləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu zəlzələ bölgəsinə səfəri zamanı Diyarbakırda çıxışında bildirib. O qeyd edib ki, Kahramanmaraş zəlzələsi yaddaşlarda ən böyük fəlakət kimi qalan 1999-cu il zəlzələsindən üçqat daha böyük və üçqat daha dağıdıcıdır.
Dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Bizə güvənin, bizə inanın. Biz vətəndaşımızı darda, küçədə buraxmadıq və buraxmayacağıq. Biz yüz minlərlə binanı yenidən inşa edəcəyik. Zəlzələdə böyük dağıntılara məruz qalan şəhərlərimizi yenidən qurmaq üçün planlar hazırlayırıq”.
Türkiyə Prezidenti axtarış-xilasetmə işlərinin yekunlaşdığı bölgələrdəki heyətlərin daha ağır vəziyyətdə olan Kahramanmaraş, Hatay və Adıyamana göndərildiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]