Mexikoda keçirilən etiraz aksiyasında 90 min insan iştirak edib VİDEO

Bakı, 27 fevral, AZƏRTAC
Meksika Prezidenti Andres Manuel Lopes Obradorun təşəbbüsü ilə aparılan seçki islahatlarına qarşı Mexikoda keçirilən etiraz aksiyasında 90 min nəfər iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik idarəsi tviter səhifəsində məlumat yayıb. Qeyd edilib ki, etiraz aksiyasında hər hansı insident olmayıb.
Milli Seçki İnstitutuna dəstək aksiyası digər bölgələrdə də keçirilib, onların iştirakçılarının təxmini sayı məlum deyil. Təşkilatçıların məlumatına görə, Monterrey və Qvadalaxarada yürüşlərə 50 minə yaxın insan qatılıb.
Parlamentin təsdiqlədiyi seçki sistemində islahatlara dair B planında 300 dairə seçki komissiyasının ləğvi və Milli Seçki İnstitutunun fəaliyyəti ilə bağlı xərclərin azaldılması nəzərdə tutulur. Hökumətə yaxın siyasi qüvvələrin fikrincə, bu, təxminən 3,5 milyard pesoya (190 milyon dollar) qənaət edəcək. Müxalifət isə hesab edir ki, bu, 2024-cü il iyunun əvvəlində şəffaf və ədalətli ümumi seçkilərin keçirilməsinə təhlükə yaradır. Lopes Obradorun əleyhdarları istəyirlər ki, Meksika Ali Məhkəməsi seçki sistemində aparılan islahatların konstitusiyanın müddəalarına uyğun olmadığı barədə qərar çıxarsın.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [17:57]
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır
- 17.04.2025 [17:43]
Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var
- 17.04.2025 [17:19]
Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib
- 17.04.2025 [16:48]
“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır
- 17.04.2025 [16:07]
Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib
- 17.04.2025 [15:58]
Belarus dövriyyəyə rəqəmsal rubl buraxmağı planlaşdırır
- 17.04.2025 [15:52]