Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğru xəbərin dəyişməz ünvanı AZƏRTAC 103 yaşında VİDEO

Doğru xəbərin dəyişməz ünvanı AZƏRTAC 103 yaşında VİDEO

Bakı, 1 mart, AZƏRTAC

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın 103 yaşı tamam olur. Bir əsrdən çoxdur ki, AZƏRTAC respublikamızın salnaməsini yazır - günbəgün, aybaay, ilbəil. İllər bir-birini əvəz etsə də, zaman dəyişsə də, AZƏRTAC doğru, dürüst və obyektiv xəbərin dəyişməz ünvanı olaraq qalır.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan ilk milli informasiya agentliyi çətin və mürəkkəb, lakin şərəfli bir yol keçib. 1920-ci il martın 1-də fəaliyyətə başlayan agentliyin ilk xəbəri martın 2-də işıq üzü gördü. Onun müstəqil xəbər mənbəyi kimi fəaliyyəti cəmi 58 gün sürdü. Sovet hakimiyyəti dövründə isə Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrildi, adı yeddi dəfə dəyişdirildi.

1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra AZƏRTAC-ın həyatında da yeni dövr başladı. Agentlik müasir texniki avadanlıqla təchiz olundu və çox keçmədən ittifaq miqyasında öncül mövqelərə çıxdı. Ulu Öndərimizin şəxsi nüfuzu sayəsində müttəfiq respublikaların informasiya agentlikləri arasında birincilər sırasında kompüterlərlə təchiz edildi. Təfərrüata varmadan yalnız onu demək kifayətdir ki, dövlət müstəqilliyinin bərpasından sonra da üzləşdiyi sınaqlardan üzüağ çıxan AZƏRTAC həm də Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu oynamağa başladı.

“AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır” - Ulu Öndər Heydər Əliyevin bu tövsiyəsini əldə rəhbər tutan kollektiv həmin hədəfə doğru qətiyyətlə irəliləyib və irəliləməkdədir. Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalanıb, 150-yə yaxın agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bir çox nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib.

Dünya Xəbər Agentliklərinin V Konqresi, OANA-nın XVI Baş Assambleyası 2016-cı ildə Bakıda keçirilib. Beləliklə, Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazılıb.

AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi- mədəni və digər sahələrdə qazandığı uğurlara dair təxminən minlərlə xəbəri, videosu və fotosu yayılır.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində AZƏRTAC ən müasir informasiya texnologiyaları ilə təchiz edilib, bir ildən çoxdur ki, hər cür şəraiti olan yeni binada fəaliyyət göstərir. Bu da informasiyanın keyfiyyətini yüksəltməyə, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməyə zəmin yaradır.

AZƏRTAC səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər buraxır.

Vətən müharibəsində tarixi qələbəmizdən sonra həm Azərbaycanın, həm də ölkə mediasının həyatında yeni bir dövr başlayıb. Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilir. Son vaxtlar AZƏRTAC da öz işini zamanın daim yenilənən çağırışlarına əzmlə uyğunlaşdırır, bu istiqamətdə ardıcıl addımlar atır. Agentlikdə struktur islahatları aparılır, yaradıcı və texniki heyət peşəkar kadrlarla komplektləşdirilir, eyni zamanda, xarici ölkələrdəki müxbir şəbəkəsi təkmilləşdirilir. İndi qarşıdakı əsas hədəf müasir xəbər yayımçılığının ümdə prinsiplərinə - operativliyə və obyektivliyə tam nail olmaq, informasiya yayımını beynəlxalq standartlar səviyyəsinə çatdırmaqdır.

Obyektiv və doğru xəbərin dəyişməz ünvanı olan AZƏRTAC dinamik inkişaf edən, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın, müasir tariximizin salnaməsini yazmaqda davam edir.

Doğru xəbərin dəyişməz ünvanı AZƏRTAC 103 yaşında VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub

Rubio G7 sammitində iştirak etmək üçün Parisə gedəcək

İstanbulda Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə olunub

Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib