Azərbaycan Dövlət İnformasiya Agentliyi

Coğrafiyaşünas alim: Dünyada su ehtiyatlarının azalmasına əsas səbəb qlobal iqlim dəyişmələridir

Coğrafiyaşünas alim: Dünyada su ehtiyatlarının azalmasına əsas səbəb qlobal iqlim dəyişmələridir

Bakı, 15 mart, Xatirə Cəfərova, AZƏRTAC

Son dövrlərdə planetdə qlobal iqlim dəyişmələri baş verir və bu özünü bütün iqlim sistemində (atmosfer, hidrosfer, litosfer, kriosfer və biosfer) göstərir. Nəticədə dünyada hidrometeoroloji proseslərlə bağlı müxtəlif növ təbii fəlakətlər, o cümlədən quraqlıq, su qıtlığı və s. problemlər yaşanır. Azərbaycan ərazisi dünya iqlim sisteminin tərkib hissəsi olduğu üçün belə problemlər ölkəmizdə də müşahidə edilir. Son zamanlar Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun səviyyəsinin, ümumiyyətlə, ölkəmizin su ehtiyatlarının kəskin azalması, quraqlıq dövrlərinin artması ilə bağlı məlumatlar insanlar arasında narahatlıq doğurur.

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunun Hidrologiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov bu problemlərin həlli istiqamətində aparılan elmi araşdırmalar barədə AZƏRTAC-a məlumat verib. Alim bildirib ki, Azərbaycan dünyada digər təbii ehtiyatlarla zəngin olsa da su ilə bağlı dünyanın az təminatlı ölkələri sırasına daxildir. Ona görə də bu problem ölkəmiz üçün çox aktualdır.

Azərbaycanın əsas su ehtiyatını Kür, Araz və onların hövzələrinə daxil olan çaylar təşkil edir. Eyni zamanda, Böyük Qafqazın şimal-şərq yamacından və Lənkəran təbii vilayətindən axan və illik axınları 2,4 kubkilometr təşkil edən çaylar ümumi su ehtiyatımıza daxildir.

“Azərbaycanın ümumi su ehtiyatı 28-30 kubkilometr arasında dəyişir və azsulu illərdə bu rəqəm daha da aşağı düşür. Ümumiyyətlə, respublikamızın bütün su ehtiyatlarını əsasən Kür çayı təşkil edir. Kür çayının su toplayıcı hövzəsi Cənubi Qafqazın ümumi ərazisinin 64 faizini təşkil edir. Bu, bütün Ermənistan ərazisini, Azərbaycanın 80 faizini və Gürcüstan ərazisinin 52 faizini təşkil edir. Kürün illik axın həcmi Araz çayı ilə bir yerdə 26 kubkilometrdir. Bunun 9,1 kubkilometri Araz hövzəsinə, 17 kubkilometri Kürün hövzəsinə aiddir. Bundan təxminən 9,4 kubkilometr Gürcüstan ərazisində, 4,5 kubkilometrə qədər Azərbaycan ərazisində, 1,5 kubkilometr isə Ermənistan ərazisində formalaşır. Son illərdə dünyada baş verən iqlim dəyişmələri dünya su obyektlərinə - nəhəng okeanlardan, dənizlərdən tutmuş bütün çaylara, göllərə, hətta yeraltı sulara qədər öz təsirini göstərir. Çünki bütün su obyektləri, biosfer məhz iqlimin məhsuludur. İqlimdə baş verən hər hansı dəyişmə müəyyən zaman kəsimindən sonra özünü digər sahələrdə də göstərəcək”, - deyə alim bildirib.

R.Mahmudovun sözlərinə görə, respublikamızın su ehtiyatlarının azalmasına səbəb iqlim dəyişmələrinin təsiri, digəri isə sudan istifadənin artmasıdır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, ötən dövrdə suya olan tələbat 6 dəfə artıb. Təbii ki, bu, Azərbaycanda daha da artıb. Bir tərəfdən əhali artımı və bir tərəfdən suya olan tələbatın çoxalması, digər tərəfdən isə təbii su ehtiyatlarının azalması, təbii ki, su çatışmazlığı, su azlığı kimi böhranlar yaradır. Tədqiqatlar göstərir ki, ölkə çaylarının əksəriyyətində rejim dəyişkənliyi baş verməklə, illik axınlarda azalma müşahidə edilir. Belə ki, bəzi çaylarda qış fəsli temperaturlarının artması ilə bağlı hövzəyə düşən qarların əriməsi hesabına qış azsulu dövrlərinin axını artır, lakin gursulu, daşqın dövrlərinin, o cümlədən illik axın həcmlərinin azalması baş verir.

İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatlarından da danışan alimin fikrincə, bu gün müxtəlif modellərlə, peyk məlumatlarına əsasən 30 ilə yaxın bir dövrdə müşahidə aparılmayan su obyektlərinin tədqiqi göstərir ki, Qarabağ ərazisinin də su ehtiyatlarında 2,14 kubkilometrdən 1,93 kubkilometrə qədər azalma müşahidə edilir. Bununla belə, bölgənin ölkəmizin su təminatında böyük əhəmiyyəti var.

“Sudan istifadəyə tələbatın artdığı dövrdə ekoloji mədəniyyət formalaşmalıdır. Bu sahədə də ölkəmizdə işlər gedir. Az su ilə çox iş görmək bacarığını formalaşdırmalı, xüsusən suvarma əkinçiliyində israfa yol verməməliyik. İçməli və texniki su problemi, suların təkrar emalı məsələləri öz həllini tapmalıdır. Bizdən bu gün tələb olunan budur. İndiki dövrdə su ilə bağlı problemdən çıxış yolu olaraq hər birimiz israfçılığın qarşısını almaq üçün çalışmalıyıq”, - deyə R.Mahmudov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub