İDMAN


Qurban Qurbanov: Belə oyunlar futbola sevgini daha da artırır, bizə böyük təcrübə verir

Qurban Qurbanov: Belə oyunlar futbola sevgini daha da artırır, bizə böyük təcrübə verir

Bakı, 26 mart, AZƏRTAC

Oyundan çox razı qaldım və baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da artırır və bizə böyük təcrübə verir. “Qalatasaray”a uğurlar arzulayıram. Çox yaxşı komandadırvə və çempionatda liderdir.

AZƏRTAC xəbər verir ki, bunu “Qalatasaray” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan və Türkiyə çempionatlarının birgə keçirilməsini istərdim. Bu oyun çox gözəl başlanğıc oldu. Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir, oyunçulara inam verir. Bu gün çempionatlar arasında fərq böyükdür. Amma belə oyunlar olduqca hər kəsin futbola sevgisi daha da böyüyür. Bu cür matçların daha çox olmasını istəyərik. Qardaşlarımızla belə oyunlar keçirməkdən şad olarıq. Türk xalqına, futboluna uğurlar arzulayıram. Biz həmişə bir-birimizin yanındayıq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.