İDMAN


Cüdoçularımız “Böyük dəbilqə” turnirində iki medal qazanıblar

Cüdoçularımız “Böyük dəbilqə” turnirində iki medal qazanıblar

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan cüdoçuları Antalyada “Böyük dəbilqə” turnirinin ikinci gününü iki medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Səid Mollayi finalda belçikalı idmançı Matias Kasse ilə qarşılaşıb. Rəqibinə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlinib.

Millimizin üzvü Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə edib. H.Heydərov üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanovla qarşılaşıb. N.Osmanov isə yarışı beşinci yerdə başa vurub.

Bu gün yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.