Peruda avtobus uçurumdan aşıb, 10 nəfər ölüb VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “La Republica” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza zamanı Huanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Zərərçəkənlərdən 12-si aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Sərnişin daşıyan nəqliyyat şirkətindən verilən məlumata görə, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb. Lakin polis gələn zaman hadisə yerində başqa maşın tapmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]