REGİONLAR
Salyanda 29 ədəd partlamamış mərmi aşkarlanıb VİDEO




Salyan, 20 may, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayon su-kanal idarəsinin əməkdaşları tərəfindən Dayıkənd kəndi ərazisində kollektor qazıntısı işləri aparılan zaman 29 ədəd partlamamış mərmi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyəti qurumlara məlumat verilib. Əraziyə Salyan Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.