DÜNYA
Çin orbitə eyni raketlə 26 peyk çıxarıb VİDEO
Pekin, 7 iyun, AZƏRTAC
Çin bərk yanacaqla işləyən “Licien-1”daşıyıcı raketi ilə orbitə 26 peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, daşıyıcı raketin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 8:10) baş tutub. Bu, “Licien-1” seriyasından 2-ci uğurlu raket buraxılışı, habelə ölkə tarixində eyni raketdə ən çox peykin orbitə çıxarılmasıdır.
Çinin Elmlər Akademiyası mexanika institutunun mütəxəssislərinin hazırladığı raket 1500 ton yükü 500 kilometr yüksəyə qaldıra bilir.
Orbitə çıxarılan peyklər əsasən texnoloji eksperimentlər və məlumatları məsafədən yoxlamaq üçün istifadə ediləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]