DÜNYA
Zaporojye vilayətində humanitar yardımlar aparılan əraziyə hücum edilib VİDEO



Kiyev, 10 iyul, AZƏRTAC
Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexov şəhərində humanitar yardımların aparıldığı yerə hava bomba zərbəsi endirib, nəticədə azı 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya silahlı qüvvələri cəbhə bölgəsində yerləşən Orexovoda müharibə cinayəti törədiblər - yaşayış məntəqəsinə humanitar yardım göndərərkən idarə olunan aviabomba ilə zərbələr endiriblər. Hücum nəticəsində üç qadın və bir kişi hadisə yerində ölüb”, - deyə məlumatda bildirilir.
Hazırda dağıntılar təmizlənir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev