Kiyevə kamikadze dron hücumu nəticəsində yaşayış binası dağılıb - AZƏRTAC-ın xüsusi reportajı VİDEO
Kiyev, 13 iyul, AZƏRTAC
Rusiya silahlı qüvvələri iyulun 13-nə keçən gecə paytaxt Kiyevə kamikadze dronlarla kütləvi hücum edib.
AZƏRTAC xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında hava həyəcanı siqnalı verildikdən sonra partlayış səsləri eşidilməyə başlanıb. Hava hücumundan müdafiə sistemi işə düşüb. Zərərsizləşdirilən dronların dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub.
Partlayışlar paytaxtın Solomen, Şevçenko, Podol və Darnitski rayonlarında qeydə alınıb.
AZƏRTAC-ın Ukrayna bürosunun çəkiliş qrupu Darnitski rayonunda hadisə yerindən reportajı təqdim edir. Bu rayonda dronun qalıqları çoxmərtəbəli binaya dəyib, xəsarət alanlar var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev