Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34 nəfərə çatıb VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
Əlcəzairin şimalında və şərqində tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olanların 10-u hərbçidir. Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə 7,5 min yanğınsöndürən və xüsusi texnika, o cümlədən aviasiya cəlb olunub.
Miqyaslı meşə yanğınlarının isti və quru hava şəraitindən qaynaqlandığı bildirilir. Bazar ertəsi günü Əlcəzairin bəzi bölgələrində havanın temperaturu 48 dərəcəyə qədər yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]