Filippində qayıq qəzasında ölənlərin sayı 26 nəfərə çatıb VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Filippinin Risal əyalətində sərnişin qayığının Bay gölündə qəzaya uğraması nəticəsində həlak olanların sayı 26 nəfərə yüksəlib.
AZƏRTAC Sinxua agentliyinə xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizə Xidməti məlumat yayıb. Hadisə zamanı 42 nəfərlik qayıqda 70-ə yaxın sərnişinin olduğu bildirilir. Xilasedici jiletlərin yoxluğu çox sayda insanın ölümü ilə nəticələnib.
Binanqonan şəhərindən Bay gölündəki Talim adasına üzən qayıq “Doksuri” qasırğasının təsirinə məruz qalıb. Güclü küləkdən təşvişə düşən sərnişinlər göyərtənin bir tərəfinə toplaşıb və nəticədə qayıq çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [23:45]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]