Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb VİDEO
Tbilisi, 4 avqust, AZƏRTAC
Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, xilasedicilər bu gün daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb.
Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər itkin düşmüş hesab olunur.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə Raça bölgəsində fövqəladə qərargah yaradılıb. Xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]