Xaçmazda dayı və bacıoğlunu elektrik cərəyanı vurub, ölən var VİDEO
Xaçmaz, 4 avqust , Elxan Yusifli, AZƏRTAC
Xaçmazda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb. Ərazidə kustar üsulla su quyusu qazmağa çalışan Əhəd Əhədov və bacıoğlusunu elektrik cərəyanı vurub. Nəticədə Ə.Əhədov dünyasını dəyişib, bacısı oğlu Tural Poladov isə xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.